Modern.az

May ayının hava PROQNOZU açıqlandı

May ayının hava PROQNOZU açıqlandı

30 Aprel 2021, 16:19

Milli Hidrometeorologiya Xidmətinin Modern.az-a verdiyi məlumata görə, may ayında havanın orta aylıq temperaturunun  iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.


Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.


Bakıda  və Abşeron yarımadasında
havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 18-21 mm) olacaq.                                                                                                                                               


Naxçıvan Muxtar Respublikasında
  havanın orta aylıq temperaturunun 16-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-33 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 33-62 mm) olacaq.                                                                                                                                                                                                                        

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 10-15 dərəcə isti olacağı  gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu  8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 68-122 mm) olacaq.                                                                                                            

                                                       
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 13-18, gündüzlər  22-27, bəzi günlərdə 30-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacaq.                                                                                                                                                                   

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 15-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 12-17, gündüzlər 19-24, bəzi günlərdə 26-31 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 26-166 mm) olacaq.                                                                                                                                                                     


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın orta aylıq temperaturunun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 15-20, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-62 mm) olacaq.                                                                 


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
havanın orta aylıq temperaturunun 14-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 13-18, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 41-72 mm) olacaq.

                                                      

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir