Arxiv
5 May 2021, 13:54 | TƏHSİL
Azərbaycanda xarici diplomların tanınması qaydaları dəyişdirildi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əsas fəaliyyətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının, yəni xarici diplomların tanınması olaraq müəyyənləşdirilib. Onun fəaliyyəti xaricdə keyfiyyətli təhsil almış şəxslərin Azərbaycanda təhsillərinə davam etməsinə və əmək bazarına daxil olmasına daha da rahat imkan yaradır.

 

Agentlikdən Modern.az-a  bildirilib ki, bu məsuliyyətli fəaliyyətin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi üçün dövr ərzində bir çox texnoloji, innovativ işlər görülüb, hüquqi baza təkmilləşdirilib.

 

Belə ki, beynəlxalq təcrübə də nəzərə alınmaqla tanınma prosesinin təkmilləşdirilməsi və sənədləşmə tələblərinin sadələşdirilməsi məqsədi ilə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının yeni layihəsi hazırlanıb.

 

Elektron Ərizə Sistemi yenidən təşkil olunaraq, “Sıfır Təmas” prinsipi tətbiq edilib. Vətəndaşların rahatlıqla kabinetlərindən əldə edə biləcəkləri elektron arayışlar istifadəyə verilib. Ərizəçilərin diplomlarının tanınması barədə yekun qərarın daha da sürətli verilməsi üçün digər qurumlar ilə real vaxt rejimində inteqrasiyalar aparılıb. Təsadüfi deyil ki, artıq 2021-ci il ərzində ərizələrin orta icra müddəti 20 gündən də az müddətə tamamlanıb.

 

Paralel olaraq tanınma haqqında şəhadətnamələrin tamamilə elektron qaydada verilməsi üçün texniki işlər tamamlanaraq, sənədlərin həqiqiliyinin təsdiqi üçün həm də QR yoxlama mexanizmi hazırlanıb. Sözügedən işlər tanınma prosesində vətəndaş-məmur təmasını sıfıra endirilməsilə yanaşı bütün proseslərin daha da şəffaf və sürətli təşkil edilməsinə dəstək olub.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib.

 

"Sonda, bir daha vətəndaşlarımıza Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyini, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadığını bildiririk. Vətəndaşlarımızdan bu kimi hallarla rasltaşdıqları halda [email protected] elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik", - məlumatda bildirilib.

 

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2019-cu il 29 dekabr tarixli fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi çevrilmə yolu ilə yenidən təşkil edilib və publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?