Modern.az

BBC İlham Əliyevin simasında tamamilə fərqli situasiya ilə qarşılaşdı - Deputat

BBC İlham Əliyevin simasında tamamilə fərqli situasiya ilə qarşılaşdı - Deputat

8 May 2021, 12:42

Prezident İlham Əliyevin müharibə zamanı BBC-yə verdiyi müsahibəyə “Twitter”də baxış sayı 3 milyonu keçib. İndiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.

 

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Modern.az-a deyib ki, Prezident həmin müsahibə zamanı müxbirin ənənəvi uydurma ittihamlarını dəmir məntiqlə dəf etdi:

 

“Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a verdiyi müsahibə elə dərhal qlobal informasiya məkanında geniş rezonanas doğurmuşdu. İndi isə 3 milyon baxışı keçərək, trendə çevirilib. Bu özlüyündə bir neçə kontekstdə qiymətləndirilməli mühüm hadisədir. Əvvəla, qeyd etmək lazımdır ki, indiyədək ölkəmizlə bağlı heç bir xəbər, yaxud məlumat “Twitter”də bu qədər izlənməmişdi. Bu yalnız məsələnin bir tərəfidir. Müzakirələrə səbəb olan və təqdir edilən əsas yanaşmalardan biri isə Azərbaycan Prezidentinin ona qarşı yönəldilən “yumşaq güc” silahını geri çevirərək, effektiv şəkildə qarşı tərəfin özünə tətbiq etməsi bacarığıdır. Ancaq bu özü də təkcə bacarıq deyil, əslində həm də çoxlarının düşündüyü, lakin dilə gətirə bilmədiyi ədalətin yüksək səslə ifadə edilməsi idi. Çünki qlobal güc mərkəzlərinin çoxsaylı silah arsenalında ən səmərəli silahlardan biri informasiya silahıdır.

 

“BBC News” da uzun illərdir təmsil etdiyi güc mərkəzlərinin maraqlarına mükəmməl şəkildə xidmət edib və qarşısına çıxanı özünəməxsus hücum silahı ilə sıradan çıxarmağı bacarıb. Ancaq bu dəfə tamamilə fərqli situasiya ilə qarşılaşdı və tərkisilah edildi. Müxbirin ənənəvi uydurma ittihamları, söz və mətbuat azadlığını, siyasi azadlıqları manipuliyasiya etməsi cəsarətlə dəf edildi və dəmir məntiqlə susduruldu. Prezident İlham Əliyev “Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız”-deyə bildirdi.
Bu cavabda uzun illərdir Qərbin informasiya müharibəsinə qarşı, universal dəyərləri istismar edərək, qarşı tərəfi əzən siyasətinə qarşı çoxlarının demək istədiyi, lakin cəsarət edə bilmədiyi ağıl, intellekt və cəsarət var idi. Ona görə də təqdirlə qarşılandı. Beləliklə də Prezident İlham Əliyev sivilizasiyaların qarşıdurması siyasətinə və islamafobiyaya xidmət edən zehniyyəti, ermənilərin vəkili kimi çıxış edən, erməni faşizimini və işğalçılıq siyasətini demokratiya, insan hüquqları və azadlıqları ilə pərdələməyə çalışan zehniyyəti ifşa etdi. Bu ədalətin və cəsarətin təntənəsi idi”.



Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi