Modern.az

Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü

Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü

10 May 2021, 10:57

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Ələkbərov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Modern.az-a verilən məlumata görə, İ.Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman ondan kağız bükümdə narkotik maddə olan tiryək və bir ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

 

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb.

 

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü