Modern.az

Noyer Kanın rekordunu təzələdi

Noyer Kanın rekordunu təzələdi

10 May 2021, 23:28

"Bavariya"nın qapıçısı Manuel Noyer Bundesliqa rekordunu təkrarlayıb.

 

Modern.az xəbər verir ki, o, buna 32-ci turda "Borussiya" (Münhenqladbax) ilə matçda qol buraxmamaqla nail olub.

 

Otuz beş yaşlı qolkiper çempionatda ümumilikdə qapısını toxunulmaz saxladığı görüşlərin sayını 204-ə çatdırıb. Beləliklə, Noyer Oliver Kanın rekordunu təkrarlayıb. Oyunçu bunu çıxdığı 467-ci qarşılaşmada gerçəkləşdirib. Kan isə karyerası ərzində 557 matç keçirib.

 

Qeyd edək ki, sözügedən oyun Münxen təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...