Modern.az

Dünya Çempionatında “pley-off”a çıxan ilk ölkə məlumdur

Dünya Çempionatında “pley-off”a çıxan ilk ölkə məlumdur

İdman

Bu gün, 09:48

Futbol üzrə dünya çempionatının 1/32 final mərhələsinə ilk vəsiqəni turnirin ev sahibi ölkələrindən biri olan Meksika qazanıb.

Modern.az-ın məlumatına görə, A qrupunun ikinci turunda Meksika  minimal hesabla Cənubi Korea millisini məğlub edib. Komandasının yeganə qolunu Luis Romo vurub.

Birinci və ikinci turdakı qələbələr nəticəsində Meksika 6 xalla turnir cədvəlinin lideridir. Cənubi Koreyanın 3 xalı var, Çexiya və Cənubi Afrika isə hərəyə 1 xal toplayıblar.

Beləliklə, son turun nəticəsindən aslı olmayaraq Meksika “pley-off”a yüksələn ilk milli komanda olub.

Xatırladaq ki, hər qrupun ilk iki yeri tutan komandası və ən yaxşı nəticə göstərən 8 üçüncü yer sahibi komanda 1/32 final mərhələsinə yüksələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV