Modern.az

ABŞ-İran danışıqları öncəsi Vensin İsveçrə səfəri təxirə salındı

ABŞ-İran danışıqları öncəsi Vensin İsveçrə səfəri təxirə salındı

Dünya

19 İyun 2026, 09:00

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqlar fonunda İsveçrəyə nəzərdə tutulan səfərini təxirə salıb.

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, səfərin təxirə salınması logistika məsələləri ilə bağlıdır.

“Hazırda vitse-prezident bu gecə yola düşmür. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik”, – deyə Ağ Evin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, ABŞ və İran nümayəndə heyətləri arasında görüşün iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılırdı. Tərəflərin nüvə proqramı və regional təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia