Modern.az

Ukrayna ordusu əks-hücuma keçdi - ərazilər azad olundu

Ukrayna ordusu əks-hücuma keçdi - ərazilər azad olundu

Dünya

Bu gün, 09:50

May ayı Ukrayna üçün ərazilərin işğaldan azad edilməsi baxımından rekord göstərici ilə yadda qalıb.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov bildirib.

Nazirin sözlərinə görə, ötən ay Ukrayna qüvvələri Rusiyanın nəzarətinə keçən ərazilərdən daha çox torpağı geri qaytara bilib.

“May ayında düşmənin işğal edə bildiyi ərazilərlə müqayisədə 100 kvadratkilometrdən artıq ərazini azad etmişik. Bundan əlavə, hər kvadratkilometr üzrə məhv edilən düşmən qüvvələrinin sayı da artıb”, – deyə Fyodorov vurğulayıb.

Nazir qeyd edib ki, Ukrayna ordusu cəbhənin müxtəlif istiqamətlərində müdafiə və əks-hücum əməliyyatlarını davam etdirir. Onun sözlərinə görə, son aylarda düşmənin canlı qüvvə və texnika itkiləri də artmaqdadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV