Modern.az

Çad "ASAN xidmət"in təcrübəsi ilə maraqlanır

Çad "ASAN xidmət"in təcrübəsi ilə maraqlanır

Aktual

Bu gün, 09:42

Çadın iqtisadiyyat, maliyyə, büdcə və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguelinin rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin sədrinin müavini Ceyhun Salmanov qonağa "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Qonağa "ASAN xidmət" mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.

Qarşı tərəf Azərbaycanın "ASAN xidmət" təcrübəsinin öz ölkələrində tətbiqində maraqlı olduğunu bildirib.

Qonaqlar "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin,"ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti fəaliyyəti ilə də tanış olublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV