Arxiv
11 May 2021, 08:48 | PARLAMENT
İsrail-Fələstin gərginliyi - Fazil Mustafa kimi dəstəklədiyini BƏYAN ETDİ

“Soruşurlar ki, İsrailin Məscidi-Aksada apardığı əməliyyata münasibətiniz nədir? Qətiyyətlə pisləyirəm. Bu problemin bir an öncə çözülməsi hamıdan çox İsrailin faydasınadır. Çünki çevrədə nə qədər narazı etnik və ya dini topluluq olacaqsa, İsrailin də rahatsızlığı o qədər olacaqdır”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa İsrail Fələstin arasında son günlər artan gərginliyi şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, beynəlxalq hüquqa uyğun olaraq Fələstin məsələsi öz həllini tapmalıdır.

“Bununla belə, İsrailin Azərbaycan siyasətini və Azərbaycanın İsrail siyasətini tam dəstəkləyirəm. Qarşılıqlı faydaya əsaslanan bu siyasətin faydalı nəticəsini biz bir dövlət olaraq 44 savaşda daha bariz şəkildə gördük. Müsəlman təəssübkeşliyi vacibdir, ancaq ilk növbədə səninlə dost olanın təəsübkeşliyinə önəm verməlisən. Bu türk də ola bilər, müsəlman da, yəhudi də, xristian da, buddist də!
Pakistan bizdən xeyli uzaqdadır. Dilimizi də anlamırlar, dillərini də anlamırıq. Ancaq könlümüzə ən yaxın ölkələrdən oldu.
İsrail müsəlmanların xeyli hissəsinin düşmən saydığı dövlətdir. Yəhudilərə də münasibətdə barışmaz bir durum özünü göstərir. Ancaq hansı səbəbdən olursa olsun Azərbaycanı həm dövlət olaraq, həm də millət olaraq beynəlxalq arenada müdafiə etdilər, yeni silah texnologiyalarını bizdən əsirgəmədilər və savaşda qalib gəlməyimizdə bu amil mühüm rol oynadı. Demək ki, biz də Azərbaycan olaraq bu yaxşılığa yaxşılıqla cavab verməliyik.
Türkiyə mövzusunda nəyisə xatırlatmaq yersiz olardı. Canı bir, qanı bir, ruhu bir qardaşlarımızdır. Biz bu üç dövləti ayrıca fərqləndirsək də, başqaları ilə də normal dostluq, qonşuluq, əməkdaşlıq münasibətlərini irəlı aparmaqdan yanayıq”.

Fazil Mustafanın sözlərinə görə, Rusiya, İran, Gürcüstan, Ukrayna, Belorus, Macarıstan və sair ölkələrlə də dostluq əlaqələrimiz çox vacibdir.

“Əlbəttə, bu siyahıda Orta Asiya Türk dövlətlərini, Əfqanıstanı ayrıca qeyd etməyə də gərək yox. Onlar da imkanları daxilində Azərbaycana qardaşlıq dəstəyini göstərirlər. Ermənistana gəldikdə isə az qalır, onu dost olmasa da, tərbiyəli qonşu olmağa məcbur edəcəyik. Sözümün canı odur ki, bütün məsələlərə Azərbaycanmərkəzli baxışı olmayanların niyyəti Azərbaycansevərliklə uzlaşmır demək!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik göldə batan hərbçinin axtarışına BAŞLADI 18 İyun 2021, 09:30 Neft ucuzlaşdı 18 İyun 2021, 09:20 Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları - ARAŞDIRMA 18 İyun 2021, 09:15 Bərdədə kombayn YANDI 18 İyun 2021, 09:08 Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası 18 İyun 2021, 09:03 Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?