Modern.az

Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək

Şuşada keçirilən

Aktual

14 May 2021, 17:52

12 may 2021ci il Azərbaycan xalqı üçün əlamətdar bir tarix oldu. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində təbiətin möcüzəsi olan Cıdır düzündə 2 gün davam edən "Xarı bülbül" musiqi festivalının açılışı baş tutdu. Festivalın açılış günü də təsadüfən seçilməmışdir. Festiivalın ikinci günü xalqımız müsəlmanların müqəddəs bayramı olan Ramazan bayramını qeyd etdi. "Xarı bülbül" musiqi festivalında iştirak edən Prezident İlham Əliyev və 1ci xanım Mehriban Əliyeva əvvəlcə Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin bərpasından sonra açılışında iştirak etdilər. Bayram günü din xadimlərimiz məsciddə bayram namazı qaldılar. 

 

Azərbaycan xalqı hər zaman öz dini etiqadına və milli dəyərlərinə sadiq bir xalq olmuşdur. Cənab İlham Əliyev dəfələrlə Həcc ziyarəti zamanı hər zaman Ulu Tanrıdan Qarabağ torpaqlarının işğaldan azad olunmasında ona yardım etməsini xahiş etdiyini qeyd etmişdir. Prezidentimizin və xalqımızın Allaha etdiyi dualar və cəsur Azərbaycan əsgərlərinin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan tam azad edildi.

 

Səfər çərçivəsində cənab Prezident, Mehriban xanım və qızları ilə birlikdə Şuşada bir sıra infrastruktur, sosial, mədəni və dini abidələrimizdə görülən bərpa işləri ilə tanış oldular. Eləcə də ölkə başçısı Qafqazda ilk dünyəvi məktəb olan Şuşa 1 saylı orta məktəbinin yenidən qurulmasının, Şuşanın ən hündür yerində gələcəkdə dünyanın ən möhtəşəm layihələrindən biri olacaq yeni məscidin təməlini qoydu. Cənab Prezidentin də qeyd etdiyi kimi yaxın vaxtlarda Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

 

Heydər Əliyev Fondunun təşkilatçılığı və şəxsən Fondun Prezidenti Mehriban Əliyevanın böyük səyi və zəhməti nəticəsində baş tutan "Xarıbülbül" musiqi festivalı çox möhtəşəm keçirildi. Fesfivalın birinci günü Azərbaycanda yaşayan bütün xalqların hamısı onlara məxsus musiqi və qədim folklor nümunələrini təqdim etdilər. Vətən müharibəsi dövründə, o çətin vaxtlarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə Azərbaycanda yaşayan bütün xalqlar bir yumruq kimi birləşdilər və Vətən uğrunda savaşda iştirak etdilər. Bu "dəmir yumruq" nəticəsində erməni işğalına son qoyuldu. Bu bayram tədbirində də bütün xalqlar yenə Azərbaycan xalqı ilə bir yerdə olduqlarını sübut etdilər. Bütün dünya Azərbaycan dövlətinin tolerant və multikultural dəyərlərə malik bir dövlət və xalq olduğunun şahidi oldu.

 

Bəzi dövlətlər, xüsusən Kanada və Fransanın siyasi dairələri bu dostluğu və birliyi görməməzliyə vururlar. Sanki buna qısqanclıqla yanaşırlar. Əslində bu təəccüblü də deyil. Fransa dövləti tarixən azsaylı xalqlara və zəif dövlətlərə əzab və işgəncə verib. Onlara dostluq, humanistlik və insanpərvərlik hissləri yaddır. Hər zaman özlərində olmayan demokratiyadan, insan hüquqlarından dəm vurublar.

 

Festifalın ikinci günü səhnədə Azərbaycan bəstəkarlarına məxsus musiqiləri dünyanın məhşur opera səhnələrində səsləndirən məhşur azərbaycanlı vokalçıların çıxışları yer aldı. Bununla da bütün dünya Azərbaycan xalqının özünəməxsus qədim mədəniyyəti, musiqisi olan, eləcə də dünyada klassik opera səhnələrində səsləndirilə biləcək möhtəşəm musiqi əsərləri yaradan bir xalq olduğunun da şahidi oldu.

 

Televiziya qarşısında "Xarı bülbül" musiqi festivalını izlədiyim zaman bir neçə il öncə Ermənistanın Baş Naziri Paşınyanın sərxoş vəziyyətdə Cıdır düzündə rəqs etməsi yadıma düşdü. Yəqin bütün dünya hər iki mədəniyyəti, əxlaqı müqayisə etdikdə kimin kim olduğunu anladı.

 

Festivalda qürurverici duyğulu anlar da yaşandı. Konsert zamanı ulu öndər Heydər Əliyevin Şuşa və işğal altında olan torpaqlarla bağlı arzularını səsləndirdiyi fikirlərin əks olunduğu videoçarx nümayiş etdirildi. Daha sonra Prezident cənab İlham Əliyevin Şuşa ilə bağlı çıxışı da göstərildi. Dövlət başçımız Ümummilli liderin çıxışını dinləyərkən kövrəldi. Bütün qonaqlar ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin nitqini ayaqüstə alqışladılar.

 

Prezident cənab İlham Əliyev Heydər Əliyev yoluna, siyasətinə sadiq qalaraq bu yolu davam etdirdi və davam etməkdədir. Bu Azərbaycanı qurtuluşa, inkişafa və tərəqqiyə aparan yeganə yoldur.

 

Bununla da Şuşada işğaldan sonra keçirilmiş ilk " Xarı bülbül " festivalı heç zaman yaddaşlardan silinməyəcək.

 

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi