Arxiv
16 May 2021, 13:18 | AKTUAL
Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR

Mayın 15-də DSX-nin Azərbaycan-İran sərhədinin Yardımlı rayonunun Genderə kəndi yaxınlığlnda yerləşən sərhəd zastavasının ərazisində qeydə alınan insidentdə həyatını itirən kiçik gizir, 28 yaşlı Fərid Elçin oğlu Alimov valideynlərinin yaşadığı Quba rayonunun Yeni Güləzi kəndindəki qəbristanlıqda dəfn edilib.

 

Modern.az xəbər verir ki, dəfn mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri və yaxınları, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, DSX-nin idarə rəisi general-mayor Azər İbrahimov, Xudat sərhəd dəstəsinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

 

Şəhidin ruhuna dini qaydalara uyğun ayinlər oxunub. DSX-nin idarə rəisi, general-mayor Azər İbrahimov Fərid Alimovun cənazəsi bükülmüş Azərbaycan Bayrağını şəhidin atası Elçin Alimova təqdim edib. A.İbrahimov iki hərbi qulluqçunun ölümünə səbəb olan hadisə barədə danışarkən qeyd edib ki, Fərid Alimov xidməti vəzifəsini rqorxmadan yerinə yetirib və bu zaman qaçaqmalçıların gülləsinə tuş gəlib. General-mayor həlak olan hərbçilərin qanının yerdə qalmayacağını, tezliklə sərhəd pozucuları olan qatillərin tapıb cəzalandırılacağını bildrib və şəhidin atası Elçin Alimova başsağlığı verib.

 

Quba rayon İH-nin başçısı Ziyəddin Əliyev də Fərid Alimovun ailəsinə başsağlığı verərək xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla şəhid olan Fəridin xatirəsinin həmişə uca tutulacağını və onların qatillərinin tezliklə ölkənin güc strukturları tərəfindən tutularaq layiqli cəzalarının veriləcəyini söyləyib.

 

Sonda Şəhid Fərid Alimovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yaylım atəşı açılıb.

 

Qeyd edək ki, Fərid Alimov evli olub, İlahə adlı 3 yaşlı qızı qaldı. Kiçik gizir F.Alimov ailənin böyük övladı idi.

 

Allah rəhmət eləsin!

 

Aytəkin ALXASLI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48 Kürdə batmaqda olan şəxs xilas edildi 18 İyun 2021, 23:33 Xırdalanda 7 yaşlı uşağı maşın vurdu 18 İyun 2021, 23:17 Buraxılış imtahanlarının nəticələri açıqlandı 18 İyun 2021, 23:05 Türkiyədə koronavirusu saniyələr içində aşkarlayan cihaz hazırlandı 18 İyun 2021, 22:52 Moldovada Nizami Gəncəvinin barelyefi qoyulacaq 18 İyun 2021, 22:40
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?