Modern.az

“Kapital Bank”ın filial müdirinin intiharı barədə rəsmi məlumat yayıldı

“Kapital Bank”ın filial müdirinin intiharı barədə rəsmi məlumat yayıldı

17 May 2021, 14:52

Mayın 17-də saat 7 radələrində paytaxtın Binəqədi rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

 

Rəsmi məlumata görə, prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib:

“Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, intihar edən şəxs “Kapital Bank”ın Xəzər filialının müdiridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?