Modern.az

4 ayda Azərbaycanda avtomobil istehsal edilməyib

4 ayda Azərbaycanda avtomobil istehsal edilməyib

17 May 2021, 15:32

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-aprel aylarında 14,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz az sənaye məhsulu istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9 faiz azalması hesabına baş verib:

“Sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,5 faiz artıb. Sənaye məhsulunun 62,9 faizi mədənçıxarma sektorunda, 30,5 faizi emal sektorunda, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 9,3 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 6,0 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,4 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,8 dəfə, maşın və avadanlıqların istehsalı 2,7 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə, tütün məmulatlarının istehsalı 98,7 faiz, elektrik avadanlıqlarının istehsalı 65,2 faiz, kağız və karton istehsalı 34,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 33,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 30,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,0 faiz, tikinti materiallarının istehsalı 22,5 faiz, geyim istehsalı 19,0 faiz, qida məhsullarının istehsalı 6,9 faiz artmış, neft məhsullarının istehsalı 1,4 faiz, hazır metal məmulatlarının istehsalı 9,3 faiz, içkilərin istehsalı 9,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,4 faiz, mebel istehsalı 34,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,1 faiz, poliqrafiya məhsullarının istehsalı 56,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 99,1 faiz azalıb”.

 

Həmçinin, bildirilib ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,7 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2 faiz artıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?