Modern.az

Azərbaycanda Rusiya peyvəndinin tətbiqinə başlanılır

Azərbaycanda Rusiya peyvəndinin tətbiqinə başlanılır

18 May 2021, 00:10

Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyi əleyhinə Rusiya istehsalı olan "Sputnik V” peyvəndinin tətbiqinə başlanılır.

 

Modern.az xəbər verir ki, 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

 

"Sputnik V" vaksini vurdurmaq istəyən vətəndaşlar Azadlıq prospekti, 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzinə müraciət etməlidirlər.


Qeyd edək ki, martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” vaksininin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb və peyvəndin ilk partiyası ölkəyə gətirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...