Modern.az

Saatlı sakini tüfəngini polisə təhvil verdi

Saatlı sakini tüfəngini polisə təhvil verdi

Aktual

18 May 2021, 09:48

Saatlı rayon sakini odlu silahı polisə təhvil verib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

 

Məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayonun Xanlarkənd kənd sakini Vüqar Əzizov müvafiq sənədləri olmayan “TOZ-63” markalı qoşa lüləli ov silahını könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu