Modern.az

Moskvaya kütləvi PUA hücumu: son 2 ildə belə olmamışdı

Moskvaya kütləvi PUA hücumu: son 2 ildə belə olmamışdı

Dünya

Bu gün, 09:29

Bazar ertəsi axşamından çərşənbə axşamı saat 05:00-a qədər Moskva istiqamətində 620 pilotsuz uçuş aparatı (PUA) uçub.

Modern.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, onlardan 180-i Moskva vilayətində məhv edilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə PUA-lardan birinin Moskvaətrafı vilayətin Boqorodsk dairəsində yerləşən “Atlant-Park” ərazisində “Wildberries” şirkətinin anbarına düşdüyünü bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində anbarda yanğın baş verib. Yanğın lokallaşdırılıb.

Qubernator hücum nəticəsində Moskva vilayətində üç nəfərin, o cümlədən 10 yaşlı uşağın xəsarət aldığını açıqlayıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə regionun yeddi rayonunda 80-dən çox PUA-nın məhv edildiyini bildirib.

Rusiya rəsmilərinin sözlərinə görə, son 2 ildə Moskvaya belə kütləvi PUA hücumu olmamışdı.

Sizə yeni x var
Keçid et
Ukrayna daha bir neçə ərazini azad etdi - Ruslar təslim oldular