Modern.az

Bu günün hava proqnozu 

Bu günün hava proqnozu 

Aktual

Bu gün, 08:00

Avqustun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə,  bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü