Modern.az

Yunanıstanda helikopter qəzaya uğradı, ölənlər var

Yunanıstanda helikopter qəzaya uğradı, ölənlər var

Dünya

17 Avqust 2026, 21:47

Egey dənizindəki Yunanıstanın Sifnos adasında kiçik şəxsi helikopter qəzaya uğrayıb, nəticədə göyərtədə olan 3 nəfərin hamsı ölüb.

Bu barədə Modern.az "Ekathimerini"yə istinadən xəbər verir.

İlkin məlumatlara görə, helikopter yerə çırpıldıqdan sonra alışıb. Yanğını yerli yanğınsöndürmə briqadaları söndürüb.

Helikopter Tolos bölgəsindəki aerodromdan havalandıqdan az sonra yaşayış məntəqəsində qəzaya uğrayıb. Ölən pilotun və iki sərnişinin şəxsiyyəti hələ müəyyən edilməyib.

Aviaqəzanın səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri