Modern.az

Ərdoğan Trampa İran-ABŞ gərginliyi ilə bağlı mesaj verdi

Ərdoğan Trampa İran-ABŞ gərginliyi ilə bağlı mesaj verdi

Dünya

Bu gün, 08:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefen danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, tərəflər Türkiyə-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər müzakirə ediblər.

Ərdoğan İranla ABŞ arasında yaşanan gərginlik fonunda diplomatiyadan maksimum istifadə edilməsinin vacib olduğunu bildirib. O, danışıqların davam etdirilməsini arzuladıqlarını və Türkiyənin sülh səylərinə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Görüş zamanı Türkiyə lideri Pakistan və Səudiyyə Ərəbistanı ilə birlikdə imzalanan "Birgə Müdafiə Sazişi"nə də toxunub. Ərdoğan bu sazişlə regional sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində güclü mövqe nümayiş etdirdiklərini deyib

Ərdoğan Qəzzədə sülh prosesinin ikinci mərhələsinə keçidin hədəfləndiyi bir dövrdə İsrail rəhbərliyinin fələstinliləri hədəf alan addımlarında artım müşahidə edildiyini bildirib.

Türkiyə Prezidenti ölkəsinin regionda davamlı sülhün təmin olunması və Qəzzənin yenidən qurulması üçün atılacaq addımlara dəstəyini davam etdirəcəyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna daha bir neçə ərazini azad etdi - Ruslar təslim oldular