Modern.az

Kim Çen In Trampın danışıqlar təklifini qəbul edib

Kim Çen In Trampın danışıqlar təklifini qəbul edib

Dünya

17 Avqust 2026, 23:13

Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın danışıqlar keçirmək təklifini qəbul edib.

Modern.az-ın verdiyi məlumata görə, bunu Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.

Bundan əvvəl ABŞ lideri Pentaqonun rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını əhəmiyyətli dərəcədə azaltmağı tapşırdığını açıqlamışdı. Tramp bu təlimlərin KXDR-ə "tamamilə yersiz və düşməncəsinə siqnal" verdiyini bildirmişdi.

O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla "çox yaxşı münasibətlərinin" olduğunu vurğulamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri