Modern.az

Trampın kürəkəni İranın qarşısına şərt qoydu

Trampın kürəkəni İranın qarşısına şərt qoydu

Dünya

18 Avqust 2026, 10:03

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etmək imkanından imtina etməsi halında Tehranla razılaşma bağlamağa hazırdır.

Modern.az xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi və kürəkəni Jared Kuşner açıqlayıb.

Kuşnerin sözlərinə görə, Vaşinqtonun mövqeyi dəyişməz olaraq qalır: İran nüvə silahına malik olmamalıdır. O bildirib ki, ABŞ administrasiyası İranla razılaşmanın əldə olunmasını istəyir, lakin Tehran hələlik Vaşinqton üçün məqbul olan şərtlərlə razılaşmağa maraq göstərmir.

Kuşnerin sözlərinə görə, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması ABŞ üçün əsas prioritetlərdən biridir.

Bununla belə, tərəflər arasında danışıqlarda ciddi fikir ayrılıqları qalır. ABŞ Prezidenti Donald Tramp da son açıqlamalarında İranla razılaşmanın Vaşinqtonun irəli sürdüyü əsas şərtlər çərçivəsində mümkün olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
Putindən Əliyevə zəng: Moskva Bakıdan nə istəyir?