Modern.az

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

Allah rəhmət eləsi̇n

21 May 2021, 17:42

Əməkdar artist, qocaman rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov 20 may 2021-ci il tarixində vəfat edib.

 

Modern.az-ın məlumatına görə, Qorxmaz Qurbanov 18 iyul 1940-cı ildə anadan olub.Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına dəvət olunub.

 

Q.Qurbanov Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb. O,Dövlət Mahnı Teatrında, Dağıstan Dövlət "Ləzginka" rəqs ansamblında da uğurla çalışıb.

 

Qorxmaz Qurbanov Ə.Abdullayevin quruluşlarında "Yallı-Zorxana", "Bulaq başında", "Şəki", "Çobanlar", "Bənövşə", "Ceyran", "Qarabağ maralı", "Nazeləmə", "Lənkəran" rəqslərində, "Azərbaycan" "Qələbə", "Xalqlar dostluğu", "Bayram", "Neftçilər" suitalarında solist kimi cıxış edib.

 

O, Azərbaycan rəqs sənətinin inkişafındakı xidmətlərinə görə 1967-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?