Modern.az

Azərbaycan-Ermənistan sərhədləri bu xəritə ilə müəyyənləşəcək - Paşinyan SÖZ VERİB

Azərbaycan-Ermənistan sərhədləri bu xəritə ilə müəyyənləşəcək - Paşinyan SÖZ VERİB

Qarabağ

27 May 2021, 11:00

Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov mayın 24-də Bakıda danışıqlar aparıb.

 

Modern.az saytı xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzet bildirib ki, Rüstəm Muradovun danışıqları Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı olub.


“General Muradov Yerevana bədbin xəbərlərlə qayıdıb. Onun səylərinə baxmayaraq, Azərbaycan tərəfi sərhədlərin demarkasiyası tələbindən və Qaragöldən geri çəkilməklə bağlı təklifi rədd edib”, - deyə qəzet yazır.

 

Bundan başqa, qəzetdə baş nazir Nikol Paşinyanın 20 iyun seçkiləri öncəsi Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı yeni müqavilə imzalayacağı barədə dedikləri də qeyd edilib.

“Həmin sənəd sərhədlərin demarkasiyasının hansı xəritə ilə aparılacağını göstərir. Azərbaycanın təklif etdiyi xəritə Ermənistan üçün ən uyğunsuz xəritə sayılır. Muradov deyib ki, Ermənistan tərəfi xəritə ilə bağlı söz veribsə, sözünü tutmalıdır”- deyə qəzet yazır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır