Modern.az

“Reket” jurnalistlərə cinayət işi AÇILDI

“Reket” jurnalistlərə cinayət işi AÇILDI

29 May 2021, 11:34

27 may 2021-ci ildə üç nəfər naməlum şəxsin Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən körpələr evinə gəlib özlərini jurnalist kimi təqdim edərək qanunsuz olaraq yoxlama aparıb körpələr evinin nüfuzuna xələl gətirəcək, həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymamaq müqabilində körpələr evinin direktorundan 300 manat məbləğində pul vəsaiti tələb etmələri barədə rayon prokurorluğuna müraciət daxil olub.

 

Bərdə rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, hədə-qorxu ilə pul tələb edən şəxslərin “faktlaşdırma.az” xəbər portalının təsisçisi kimi özünü təqdim edən Alışanov Qurban Ruben oğlu, “AzTV.NEWS” xəbər portalının direktoru kimi təqdim edən Məmmədov Seymur Sahib oğlu, “Araşdırmacı Jurnalist Agentliyi” nin direktoru kimi təqdim edən Qurbanov Elvin Nəsbulla oğlu olduğu müəyyən edilib.

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinə həvalə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi