Arxiv
1 İyun 2021, 22:44 | ÖLKƏ
Rəsmi Bakıdan Makrona CAVAB

"Öncə vurğulamaq istərdik ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük".

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Prezidenti Emmanuel Makronun Ermənistan baş naziri ilə birgə mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

 

L.Abdullayeva bildirib ki, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib: "Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur, o ki, qaldı üçtərəfli bəyanat imzalandıqdan sonra 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə onlar hərbi əsir deyillər.

 

Ermənistan tərəfindən itkin düşmüş erməni əsgərləri ilə bağlı irəli sürülmüş saxta ittihamlar ilə bağlı qeyd etmək istərdik ki, bu günlərdə Ermənistanda aşkar edildiyi kimi itkin düşmüş erməni əsgərləri morqların birində soyuducuda saxlanılır və bu da Ermənistanda böyük qalmaqala səbəb olub. Azərbaycan isə öz tərəfindən humanitar prinsiplərdən çıxış edərək, 1 600-ə yaxın erməni hərbçisinin cəsədlərini tapıb və bu prosesdə Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç iştirak edib. Erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Lakin hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 000-dək azərbaycanlı barədə məlumat bu günədək Ermənistan tərəfindən verilməyib.

 

Fransa Prezidentinin çıxışında müsəlman abidələrinin də bərpa olunmasına dair fikrini alqışlayırıq. Lakin Fransa Prezidentinin çıxışında istinad etdiyi Dağlıq Qarabağ adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil".

 

Çıxışda istinad edilən birbaşa dialoq məsələsinə gəldikdə, bu artıq baş verir: "11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur.

 

Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır.

 

Bir daha da qeyd etmək istərdik ki, Azərbaycan hərbiçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması əlaqədar çağırış edilməmişdir. Baxmayaraq ki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi.

 

Sərhəd məsələlərinin müzakirələr yolu ilə həll edilməsinə gəlincə bildirmək istərdik ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin daim tərəfdarı olmuşdur və 28 il danışıqlar prosesində iştirak etmişdir. Odur ki, Azərbaycan hər zaman müzakirələrə və danışıqlar prosesinə açıqdır.

 

Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyildir. Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir. Ona görə də bu açıqlama anlaşılan deyildir.

 

Sirr deyil ki, Fransa Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir".

 

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Ermənistan baş naziri ilə birgə keçirdiyi mətbuat brifinqində Azərbaycan və Ermənistan arasında atəşkəsə riayət olunması, bütün saxlanılanların, o cümlədən hərbi əsirlərin azad olunması, tərəflər arasında gərginliyin aradan qaldırılması, Azərbaycanın Ermənistan ərazisini tərk etməsi kimi fikirləri səsləndirib və Fransanın Ermənistan ilə həmrəy olduğunu bildirib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DYP-dən həftə sonu sərnişin daşıyanlara XƏBƏRDARLIQ 17 Sentyabr 2021, 10:36 Rusiya Azərbaycana taxta ixracını dayandırdı 17 Sentyabr 2021, 10:32 Səyyad Əlizadə ECMO aparatına qoşuldu 17 Sentyabr 2021, 10:30 Pakistan Prezidenti azərbaycanlı səfirin etimadnaməsini qəbul etdi - FOTO 17 Sentyabr 2021, 10:25 Polis Akademiyasına bu il qəbul olunanların sayı AÇIQLANDI 17 Sentyabr 2021, 10:19 Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO 17 Sentyabr 2021, 10:13 Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ 17 Sentyabr 2021, 10:12 Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO 17 Sentyabr 2021, 10:06 Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis TƏYİN ETDİ 17 Sentyabr 2021, 10:05 KTMT-da sədrlik Ermənistana nə verəcək? 17 Sentyabr 2021, 10:03 Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX 17 Sentyabr 2021, 10:00 Füzulidə narkotik satanlar saxlanılıb 17 Sentyabr 2021, 09:55 Naftalanda reydlər davam etdirilir - FOTOLAR 17 Sentyabr 2021, 09:50 Ərdoğandan yeni TƏYİNAT 17 Sentyabr 2021, 09:44 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb 17 Sentyabr 2021, 09:38 Kapital Bank illik 8%-dən başlayan sərfəli ipoteka krediti təklif edir 17 Sentyabr 2021, 09:32 “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü 17 Sentyabr 2021, 09:26 Neft yenidən ucuzlaşdı 17 Sentyabr 2021, 09:21 Bakının əsas küçə və prospektlərində tıxac var - SİYAHI 17 Sentyabr 2021, 09:16 Avropa və Konfrans liqalarında ilk oyunlar - Bütün NƏTİCƏLƏR 17 Sentyabr 2021, 09:10 MTN generalının cinayət işi icraata verildi 17 Sentyabr 2021, 09:06 Xarici valyutaların manata qarşı məzənnəsi 17 Sentyabr 2021, 09:00 Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşır? - İDDİA 17 Sentyabr 2021, 08:53 Bakıda bu mənzillər ucuzlaşır 17 Sentyabr 2021, 08:45 UEFA reytinqində Azərbaycanın mövqeyi 17 Sentyabr 2021, 08:38 Avropa Birliyi öz ordusunu yaratmaq istəyir 17 Sentyabr 2021, 08:32 Daha bir ölkə sərhədlərini açdı 17 Sentyabr 2021, 08:25 Rusiyadan Əfqanıstanla bağlı ABŞ-a tələb 17 Sentyabr 2021, 08:10 İnsan zəkasını və məntiqini artıran QİDALAR 17 Sentyabr 2021, 08:01 Bu günün hava proqnozu 17 Sentyabr 2021, 07:54 Yaponiyada vulkan püskürdü 17 Sentyabr 2021, 07:53 Üç ölkə arasında müdafiə müqaviləsi imzalandı   17 Sentyabr 2021, 07:48 XİN rəsmisi Ermənistanla bağlı açıqlama yaydı 17 Sentyabr 2021, 07:40 Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45
SORĞU Hansı vaksinə etibar edirsiniz?