Modern.az

Milli Məclis bu gün toplanır, Gülər Əhmədovanın da məsələsinə baxılacaq

Milli Məclis bu gün toplanır, Gülər Əhmədovanın da məsələsinə baxılacaq

Aktual

1 Oktyabr 2012, 02:44

Parlamentin payız sessiyasının ilk iclası 17 məsələni müzakirəyə çıxarır…


Bu gün - oktyabrın 1-də Milli Məclis 2012-ci il payız sessiyasının ilk plenar iclasını keçirəcək. Modern.az saytı xəbər verir ki, əvvəlcədən iclasın gündəliyinə 17 məsələ daxil edilib.

Amma parlamentin bugünkü iclasında Gülər Əhmədova ilə bağlı videoqalmaqal da müzakirə ediləcək. Deputatlar son günlər ölkə siyasi həyatında ciddi rezonans doğuran, keçmiş ABU-nin eks-rektoru Elşad Abdullayev tərəfindən yayılan gizli videoçəkilişlə bağlı öz münasibətlərini açıqlayacaqlar. Gülər Əhmədovanın da deputat toxunulmazlığının ləğv ediləcəyi gözlənilir.

Konstitusiyanın 89-cu madddəsinə görə, deputat cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda o, mandatdan məhrum edilir.

Konstitusiyanın 90-cı maddəsində isə göstərilib ki, Milli Məclisin deputatının toxunulmazlığına Baş prokurorun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.

Amma sentyabrın 28-də 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Gülər Əhmədova özü mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət edib. Gülər Əhmədova ərizəsində məlum videomaterialı əsas gətirərək deputatlığına xitam verilməsini istəyib. Məktub müəllifi qeyd edir ki, o, istintaqın obyektiv araşdırılmasına köməklik etmək niyyətindədir. Bu məqsədlə o, belə hesab edir ki, bundan sonra Milli Məclisin deputatı kimi qalmağı ictimaiyyət arasında istintaqa təsir kimi qiymətləndirilə bilər. Buna görə Gülər Əhmədova məktubda ölkə Konstitusiyasının 89-cu maddəsinin 5-ci bəndinə istinad edərək Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından imtina etdiyini və bu haqda qanunla müəyyən edilmiş qaydada qərar qəbul edilməsini xahiş edib.
Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar  deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyini nəzərə alaraq, deputat Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilib.

Modern.az bugünkü iclasın gündəliyinə daxil olan məsələlərin siyahısını təqdim edir.

1. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

2. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişiklik və əlavə edilməsi barədə. 

3. "Azərbaycan Respublikasının dövlət müstəqillliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

4. Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 570-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının 5-ci,6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

5. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

6. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında 

7. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında 

8. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

9. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

10. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə 

11. "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

12. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respbulikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

13. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında 

14. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

15. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

16. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir