Modern.az

Şəhid jurnalistlərin ailələrinə mənzil verilsin! - TƏKLİF

Şəhid jurnalistlərin ailələrinə mənzil verilsin! - TƏKLİF

Media

7 İyun 2021, 09:30

Telejurnalist Azər Qismət 2021-ci il iyunun 4-də Ermənistanın işğalından azad edilən Kəlbəcər rayonunun Susuzluq kəndində Şəhid olan jurnalistlərin - AZƏRTAC-ın xüsusi müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun ailələrinə mənzil verilməsi təklifi ilə çıxış edib.

Modern.az-ın məlumatına görə, telejurnalist deyib:

“Çox xahiş edirəm ki, medianın 2 şəhid jurnalistinə ev verilsin. Sirac Abuşov "Nasosnu" adlanan qəsəbədən uzaq, "Kosmonavt" dediyimiz hərbi şəhərcikdə pis vəziyyətdə olan mənzildə qalırdı. 4 yaşında Qubadlıdan çıxandan sonra ailəlikcə həmin hərbi şəhərciyə sığınmışdılar. İşə də hər gün çətinliklə gəlirdi. 1 ay əvvəl yeganə övladının 1 yaşı tamam oldu, indi uşaq atasız qalıb. Evin yeganə çörək gətirəni həlak oldu, şəhidlik zirvəsinə yüksəldi. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyindən çox xahiş edirəm ki, onun evlə təmin olunması üçün əllərindən gələni etsinlər. Məhərrəm İbrahimov da unudulmasın. Nur içində yatsınlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi