Modern.az

Sabiq prezidentə 25 il iş kəsildi

Sabiq prezidentə 25 il iş kəsildi

Dünya

Bu gün, 15:08

Kosovonun keçmiş prezidenti və Kosovo Azadlıq Ordusunun keçmiş siyasi rəhbərlərindən biri Haşim Taçiyə hökm oxunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Haaqadakı Kosovo üzrə Xüsusi Palatalar tərəfindən 25 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onu 1998-1999-cu illərdə Kosovoda gedən müharibə zamanı törədilmiş qətl, işgəncə, qəddar rəftar və qanunsuz və ya özbaşına həbs daxil olmaqla dörd müharibə cinayəti üzrə təqsirli bilib. Məhkəmənin qərarına əsasən, qanunsuz və ya özbaşına həbs ən azı 385 nəfərə, işgəncə ən azı 303 nəfərə, qanunsuz qətllər isə ən azı 96 nəfərə qarşı törədilib.

İttihamlar Taçinin Kosovonun Serbiya qüvvələrinə qarşı müharibə apardığı dövrdə UÇK-nın rəhbərliyində olduğu vaxt baş verən hadisələrlə bağlıdır. İş üzrə məhkəmə prosesi Haaqada 2023-cü ildə başlayıb və yüzlərlə şahid və çoxsaylı sübut araşdırılıb. Prokurorluq Taçi üçün 45 il həbs tələb etmişdi. Məhkəmə isə bəzi ittihamlar üzrə kifayət qədər sübut olmadığı qənaətinə gəlib və insanlığa qarşı cinayətlərlə bağlı bir sıra ittihamlardan bəraət qərarı çıxarıb.

Haşim Taçi ittihamları rədd edib. Onun apellyasiya şikayəti vermək hüququ var.

Taçi 2020-ci ildə Kosovo prezidenti vəzifəsindən istefa verərək Haaqadakı məhkəmə qarşısına çıxmışdı. O, Kosovonun müstəqillik müharibəsində UÇK-nın aparıcı simalarından biri olub, daha sonra ölkənin prezidenti vəzifəsini tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland