Modern.az

Azərbaycan kommunistlərinin Ermənistan kommunistlərilə əlaqələri varmış...

Azərbaycan kommunistlərinin Ermənistan kommunistlərilə əlaqələri varmış...

Ölkə

8 İyun 2021, 09:38

“Azərbaycan Kommunist Partiyasının (AKP) Ermənistan Kommunist Partiyası ilə əlaqələri var”.

Bu barədə Modern.az-ın sorğusuna AKP sədri Rauf Qurbanov cavab verib.

Partiya sədrinin məlumatına görə, hər iki partiya KPİ-Sov.İKP (Kommunist Partiyalar İttifaqı - Sovet İttifaqı Kommunist Partiyası) adlanan beynəlxalq qurumda təmsil olunur:


“Bu quruma keçmiş SSRİ məkanına aid olan dövlətlərin hamısında fəaliyyət göstərən Respublika Komitələri daxildir. Təşkilatın mənzil-qərargahı Moskva şəhərində yerləşir, rəhbəri də Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanovdur”.


Ermənistan kommunistlərinin Qarabağ məsələsinə münasibətinə gəlincə isə Rauf Qurbanov qeyd edib ki, son zamanlar pandemiyaya görə ermənilərlə görüş və fikir mübadiləsi mümkün olmayıb:


“Onlarla şəraitə uyğun olaraq  görüşməmişik, ona görə də ermənilərin bu məsələyə münasibəti barədə konkret bir fikir söyləyə bilmərəm. Ancaq nəzərə alsaq ki, ümumiyyətlə,  kommunistlər ideyaca beynəlmiləlçi, sülh-barış tərəfdarıdırlar və Lenin milli siyasətinə sadiqdirlər, məsələyə bu kontekstdən yanaşsaq, Ermənistan kommunistlərinin mövqeyini başa düşmək olar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü