Modern.az

Paşinyan diversantların əvəzinə oğlunu TƏKLİF ETDİ

Paşinyan diversantların əvəzinə oğlunu TƏKLİF ETDİ

8 İyun 2021, 22:47

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə bütün erməni diversantların əvəzinə öz oğlunu təklif edib.

Modern.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, N.Paşinyan bu təklifi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın bir bəyanatına reaksiya verərkən irəli sürüb.
 

Bundan əvvəl Serj Sarkisyan Paşinyana öz oğlunu Azərbaycanda saxlanan 20-25 diversantla dəyişməyi təklif etmişdi.

N.Paşinyan iyunun 8-də, seçki kampaniyasının ikinci günündə Aparan şəhərində seçicilərlə görüşü zamanı bu təkliflə razı olduğunu deyərək, Sarkisyanla Robert Koçaryanı “sutenyor və insan alverçiləri” adlandırıb:

 
“Mən razıyam. Rəsmən Əliyevə müraciət edirəm: öz oğlumu bütün əsirlərin qaytarılması müqabilində verməyə hazıram. Amma Serjik və Robikə insan alveri üzrə mütəxəssislər kimi bu məsələ barədə danışıqları aparmaq səlahiyyəti verirəm. Düşünürəm ki, bu işdə bir neçə min dollar qazana bilsəniz, kisənizə ziyan dəyməz”.

 

Paşinyan keçmiş prezident Robert Koçaryanın da atmacasına cavab verib.

Koçaryan bildirmişdi ki, Paşinyana istənilən silah növü ilə duelə çıxmağı təklif edərdi.

Paşinyan isə ona cavab olaraq deyib: 

“Birdən mən razılaşsam və silahı seçib sənin alnına gülləni doldursam necə olsun? Bundan sonra da deyəcəksiniz ki, bu zorakılıqdır, ay qatillər?”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi