Arxiv
9 İyun 2021, 17:28 | TƏHSİL
Universitet tələbələrə niyə güzəşt etmədi? - AÇIQLAMA

“Memarlıq və İnşaat Universiteti (AzMİU) mühəndislər yetişdirən, texniki yönümlü ali təhsil müəssisəsidir. Burada daha çox dəqiq fənlər tədris olunduğuna görə, dərslərin ən azı 50 faizində iştirak etməyən tələbə fənni mənimsəməmiş sayılır”.


Bu barədə Modern.az-a adıçəkilən universitetin mətbuat xidmətindən məlumat verilib.  Qeyd edilib ki, tələbələrə kütləvi güzəşt edilməsi həm də Bolonya sisteminin əsasnaməsinə ziddir:


“Sistemə görə, tələbə dərslərin 25 faizində iştirak etmirsə, həmin fənni mənimsəməmiş sayılır və imtahana buraxılmır. Həmin fənni yenidən alt dərslərə qatılaraq bərpa edir. Pandemiya dövründə isə həmin faiz 50-yə qalxıb”.


AzMİU-dan o da bildirib ki, əslində qış semestrində tələbələrə güzəşt edilməsinin səbəbi müharibə dövrü olub:


“Ötən tədris semestrində tələbələrə bu güzəştlərin tətbiq edilməsinin səbəbi müharibə şəraiti, tələbələrin internet məhdudiyyətləri, 1 aydan uzun müddətdə tədrisin dayanması idi. Bunu nəzərə alaraq tələbələrin davamiyyət məsələsini önə çıxarmadıq. Qaib limiti olmadan tələbələrin semestr imtahanlarında iştirakına şərait yaradıldı. Bu semestr ərzində isə heç bir internet problemi olmayıb, tələbələr onlayn dərslərə qoşulublar, ölkəmiz sülh və əmin-amanlıq şəraitindədir. Buna görə, tələbələr qaib limiti əvvəlki göstəriciyə - 50 faizə qaytarıldı. Hansısa fənnin dərslərinin 50 faizində iştirak etməyən tələbə o fənni mənimsəməmiş sayılır”.


Bununla yanaşı, universitet açıqlamasında onu da qeyd edib ki, onlayn dərslərdə iştirakın vacibliyi və güzəşt olunmayacağı haqqında tələbələrə şifahi bildiriş semestr başlayan kimi elan edilib:

“Aprel ayının 4-də isə hər bir tələbənin ayrı-ayrılıqda elektron kabinetində bu barədə xəbərdarlıq yerləşdirilib”.

Qeyd edək ki, 2020-2021-ci tədris ilinin yekunu ilə bağlı ali məktəblərin bəzilərində onlayn dərslərə qatılmayan tələbələrə güzəştlər edilib, qaib limiti ləğv olunub. Bütün tələbələr qaib limiti olmadan yekun imtahanlara buraxılıb. Memarlıq və İnşaat Universitetində isə bu məsələdə tələbələrə güzəşt edilməməsi onların narazılığına səbəb olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tural Gəncəliyev: “Qarabağa qayıtmaq hüququmuzdan istifadə edə bilmirik” 23 İyun 2021, 12:17 Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ 23 İyun 2021, 12:11 Nazirlik anomal isti ilə bağlı əhaliyə müraciət etdi 23 İyun 2021, 12:05 “Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Azərbaycan Dünya Bankının kreditindən İMTİNA ETDİ 23 İyun 2021, 11:53 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:45 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39 UNEC-in növbəti beynəlxalq konfransı 23 İyun 2021, 10:33 ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ 23 İyun 2021, 10:27 Azərbaycan nefti 76 dollara yaxınlaşır 23 İyun 2021, 10:22 Dövlət qulluqçusu ona göstərilmiş etimadı düzgün dəyərləndirməlidir 23 İyun 2021, 10:17 Nazirlik “BİZON energy” içkisi ilə bağlı araşdırmaya başladı 23 İyun 2021, 10:11 Ötən il dövlət idarələrində vəzifəyə təyin edilənlərin sayı AÇIQLANDI 23 İyun 2021, 10:05 Bu şəxslər Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilmək istəyir - SİYAHI 23 İyun 2021, 09:59 Azərbaycan kommunistləri SSRİ-yə hücumun 80-ci ildönümünü necə qeyd etdi? 23 İyun 2021, 09:54 Kürdəmirdə tanışlarını bıçaqlayan şəxslər HƏBS EDİLDİ 23 İyun 2021, 09:48 Azərbaycanda məmurların 1,8 faizinin yaşı 65 yaşdan YUXARIDIR 23 İyun 2021, 09:42 Qubanın Cıdır düzündə orijinal... - FOTOLAR 23 İyun 2021, 09:36 Bu gün ölkədə 41 dərəcə isti olacaq 23 İyun 2021, 09:32 Ünvanlı sosial yardım alanlara şad xəbər 23 İyun 2021, 09:30 Bu sahələrdə çalışanların iş prosesi dayandırılmalıdır - VİDEO 23 İyun 2021, 09:24
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?