Arxiv
11 İyun 2021, 11:00 | ÖLKƏ
Mina xəritələri, Zəngəzur dəhlizi: Ərdoğanın Şuşa səfəri hansı MESAJLARI VERİR?

“Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”.


Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında demişdi.
 

Bəs Türkiyə prezidentinin Azərbaycana səfəri hansı mesajlardan xəbər verir?


Məsələ ilə bağlı Türkiyə-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, AKP-nin  İstanbul millət vəkili Şamil Ayrım Modern.az-a açıqlama verib.


Onun sözlərinə görə, Ərdoğanın Azərbaycan səfəri son dərəcə önəmli mesajlar verəcək:


“Azərbaycanın şanlı qələbəsindən sonra İlham Əliyev prezidentimizi Şuşaya dəvət etdi. O da məmuniyyətlə bunu qəbul etdi. Artıq bu bayram görüşünə az müddət qalıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın bu ayın 14-də bəzi dövlət başçıları ilə görüşləri olacaq. Bu görüşlərdən sonra Bakı səfəri gözlənilir. Proqrama görə, Prezidentlər Şuşada da olacaq. Təbii ki, bu gəliş son dərəcə önəmlidir. 44 günlük Vətən müharibəsində prezidentimizin öndərliyi ilə Azərbaycanın yanında olduq, indi də yanındaydıq.  Azərbaycan xeyli şəhid verdi. Allah onlara rəhmət eləsin!

Müharibədən sonra bölgədə Türkiyəsiz bir həll yolunun olmayacağınını görmüş olduq. Bizim sərgilədiyimiz duruş savaşdan sonra da davam edir. ATƏT-in Minsk qrupu tərəfindən neçə ildir həll edilə bilməyən problemi Azərbaycan ordusu həll etdi. Müharibədən sonra Türkiyə yenə hər cür şərtlər altında Azərbaycanın yanındadır”.

 


Ş.Ayrım deyib ki, müharibədən sonra da Prezident İlham Əliyev tərəfindən də belə söylənildi ki, bu bölgədə sülh, istiqlaliyyət davamlı olaraq təmin ediləcək:


“Həmin mesajı bir daha Azərbaycanın öz torpağı olan Şuşada verəcəyik.  Ermənilər xəyal edirlər ki, Ərdoğan Şuşaya gələ bilməz və s. Bu, belə deyil, Rəhbərimiz iyun ayının 15-də orada olacaq. 16-sı axşamı isə qardaşı İlham Əliyevlə birlikdə Türkiyənin Uelslə futbol oyununu izləyəcək.


Birlikdə mesaj belə olacaq:

Şuşaya ailəvi səfər olacaq. Şuşa bizim üçün mədəniyyət paytaxtıdır. Bütün dünyaya bunu eşitdirmək lazımdır. Bundan əlavə, son hadisələrə də toxunulacaq. Biz doqquz maddəlik sülh bəyanatına əməl edilməməsinin şahidi olduq. Zaman-zaman ermənilərin sərhəd xəttini keçdiyini görürük. Buna qarşı olaraq birlikdə mesaj verəcəyik. Bu ana qədər Ermənistan əlində olan mina xəritələrini verməyib və Azərbaycanın onlarla vətəndaşı bu minalara görə şəhid olub.  Burda mina xəritələri və Zəngəzur dəhlizi də çox önəm daşıyır. Ermənistan bu dəhlizə mane olmaq üçün əlindən gələn bütün işləri görür. Təbii ki, bunula bağlı  iki qardaş qərarlı duruş sərgiləyəcək. Bir daha Azərbaycan-Türkiyə qardaşlığı, bu qardaşlığın bütün dünyaya örnək olmasını Şuşa şəhərindən göstərəcəklər”.

 

Əsgərlərlə görüş olacaq:

Azərbaycan xalqı  türk əsgərinin Qarabağda olmasından son dərəcə xoşbəxtdir. Bizim əsgərlərimizin bir qismi Azərbaycandadır. Hazırda bir hissəsi gözləmə məntəqəsinə nəzarət edir. Bəziləri isə təlimdədir. Əsgərlərimiz onsuz da təcrübəli hərbçilərdi. Ərdoğan və Hulisi Akar sadəcə bəzi tapşırıqlar verəcək. Görüşün əsas məqsədi ruh yüksəkliyi yaratmaqdır”.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan: “Kəşmir məsələsində Hindistanı dəstəkləyirik” 17 Sentyabr 2021, 11:52 Bir qrup xanım alimin elmi araşdırmaları təqdim edilib 17 Sentyabr 2021, 11:46 Qarabağın dağlıq hissəsindən Güney Osetiya düzəltmək alınmayacaq - Deputat 17 Sentyabr 2021, 11:40 Eldar Həsənovun məhkəməsi keçirilir 17 Sentyabr 2021, 11:38 Bu tələbələr ödədikləri təhsil haqqını geri ala biləcəklər 17 Sentyabr 2021, 11:32 Jurnalistlər üçün yeni müsabiqə elan olundu 17 Sentyabr 2021, 11:26 Oktyabrdan tələbə kreditlərinin verilməsinə başlanacaq  - ŞƏRTLƏR 17 Sentyabr 2021, 11:21 Ermənistanın müşahidəçi, Azərbaycanın partnyor olduğu təşkilat iclas keçirir 17 Sentyabr 2021, 11:19 Bakıda "Nizami Gəncəvi ili"nə həsr olunmuş daha bir konfrans  - FOTOLAR 17 Sentyabr 2021, 11:15 Qarabağın dirçəlişində sənin də töhfən olsun 17 Sentyabr 2021, 11:10 Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat YAZDI 17 Sentyabr 2021, 11:08 Azərbaycanlı Baş katib Rusiyada seçkiləri müşahidə edəcək 17 Sentyabr 2021, 11:05 AccessBank tender elan etdi 17 Sentyabr 2021, 11:00 Xəzərdə dalğanın hündürlüyü 3 metrdən çox olub - Faktiki hava 17 Sentyabr 2021, 10:57 Ermənilər Mariya Zaxarovadan istədiklərini ala bilmədilər 17 Sentyabr 2021, 10:56 Müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkarlandı 17 Sentyabr 2021, 10:50 Dünyanın ən nüfuzlu biznes reytinqi ləğv edildi - Səbəblərdən biri Azərbaycandır 17 Sentyabr 2021, 10:44 ADU-da “Neftçilər günü” ilə bağlı mühazirə təşkil edildi 17 Sentyabr 2021, 10:40 DYP-dən həftəsonu sərnişin daşıyanlara XƏBƏRDARLIQ 17 Sentyabr 2021, 10:36 Rusiya Azərbaycana taxta ixracını dayandırdı 17 Sentyabr 2021, 10:32 Səyyad Əlizadə ECMO aparatına qoşuldu 17 Sentyabr 2021, 10:30 Pakistan Prezidenti azərbaycanlı səfirin etimadnaməsini qəbul etdi - FOTO 17 Sentyabr 2021, 10:25 Polis Akademiyasına bu il qəbul olunanların sayı AÇIQLANDI 17 Sentyabr 2021, 10:19 Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO 17 Sentyabr 2021, 10:13 Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ 17 Sentyabr 2021, 10:12 Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO 17 Sentyabr 2021, 10:06 Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis TƏYİN ETDİ 17 Sentyabr 2021, 10:05 KTMT-da sədrlik Ermənistana nə verəcək? 17 Sentyabr 2021, 10:03 Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX 17 Sentyabr 2021, 10:00 Füzulidə narkotik satanlar saxlanılıb 17 Sentyabr 2021, 09:55 Naftalanda reydlər davam etdirilir - FOTOLAR 17 Sentyabr 2021, 09:50 Ərdoğandan yeni TƏYİNAT 17 Sentyabr 2021, 09:44 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb 17 Sentyabr 2021, 09:38 Kapital Bank illik 8%-dən başlayan sərfəli ipoteka krediti təklif edir 17 Sentyabr 2021, 09:32 “Azərişıq”ın əməkdaşını cərəyan vurub öldürdü 17 Sentyabr 2021, 09:26
SORĞU Hansı vaksinə etibar edirsiniz?