Arxiv
11 İyun 2021, 16:06 | AKTUAL
Nazir Prezidentə söz verdi: “Bundan sonra da sədaqətlə xidmət edəcəyik”

İyunun 11-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş tədbir keçirilib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov məzunların buraxılış mərasiminin Ali Hərbi Məktəbin həyatında ən əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.


Gənc zabitlər qarşısında çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk dövrdən Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim diqqət mərkəzində saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali münasibətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan istənilən xidməti-döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.


Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında danılmaz roluna, təmənnasız yardımlarına görə qardaş Türkiyə Respublikasının Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə təşəkkürünü bildirən cənab nazir bu işdə digər ölkələrin də anoloji təhsil müəssisələri ilə işgüzar əlaqələrin əhəmiyyətini qeyd edib.


General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının da ön cəbhədə iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Ali Hərbi Məktəbin 33 məzununun olmasının bu təhsil müəssisəsində kursantların vətənpərvərlik, dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda tərbiyəsi, yüksək intizam, mətinlik, peşəkarlıq keyfiyyətlərinə malik olması üçün ortaya qoyulmuş böyük və əzmkar fəaliyyətin əyani təsdiqi olduğunu vurğulayıb.


O, Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə, habelə xüsusi karantin rejimi dövründə polis əməkdaşları ilə birgə fəaliyyətinin də əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd edib.


Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil müəssisəsinin rəhbərliyinə və zabit-müəllim heyətinə təşəkkürünü bildirib, olduqca vacib fəaliyyətlərində onlara uğurlar arzulayıb.


Nazir Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcək, ölkədə asayişin və təhlükəsizliyin etibarlı qorunması, qarşıya qoyulmuş tapşırıqların tam və layiqincə yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaq.


Nazir Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirmiş üç məzuna fərqlənmə diplomlarını və «baş leytenant» hərbi rütbələrinin paqonlarını təqdim edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşada Türkiyənin Baş konsulluğu açılacaq 15 İyun 2021, 17:40 “Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən gələcək nəsillərə yol göstəririk” - Prezident 15 İyun 2021, 17:36 “Arxa fonda yerləşən bina erməni vəhşiliyinin bariz nümunəsidir” - Ərdoğan 15 İyun 2021, 17:34 Mehriban Əliyeva Şuşada Əminə Ərdoğanla görüşdü - VİDEO 15 İyun 2021, 17:28 “Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır” - İlham Əliyev 15 İyun 2021, 17:25 İlham Əliyev: “Şuşa Bəyannaməsi tarixi Qars bəyannaməsinə istinad edilir” 15 İyun 2021, 17:20 Ərdoğanla Əliyevin imzaladığı Şuşa Bəyannaməsinin DETALLARI açıqlandı 15 İyun 2021, 17:17 Prezidentlər Şuşada mətbuata birgə bəyanatlarla çıxış etdilər - VİDEO 15 İyun 2021, 17:12 Yaşasaydı bu gün 23 yaşı olacaqdı - UNEC-in şəhid MƏZUNU 15 İyun 2021, 17:07 Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi İMZALANDI 15 İyun 2021, 17:02 “Ermənilər buraları dağıtdılar ki, biz qayıdanda tanımayaq” - Prezidentlər Şuşaya belə getdilər - VİDEO 15 İyun 2021, 16:56 Ermənistanın xarici borcu rekord həddə ÇATDI 15 İyun 2021, 16:50 Hərbçilər Milli Qurtuluş gününü qeyd ediblər 15 İyun 2021, 16:47 Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirib 15 İyun 2021, 16:42 Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır 15 İyun 2021, 16:36 Bu günün yoluxma sayı açıqlandı 15 İyun 2021, 16:30 Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam” 15 İyun 2021, 16:24 Şuşada Prezidentlərin təkbətək görüşü olub - FOTO 15 İyun 2021, 16:18 Ərdoğan: “Milli Qurtuluş Günündə Şuşadayıq” 15 İyun 2021, 16:12 Şuşaya gəlmiş türk sərkərdələri - Nuru paşa və Ərdoğan 15 İyun 2021, 16:06 Türkiyədə 35 milyondan çox şəxsə koronavirus vaksini vurulub 15 İyun 2021, 16:00 “Neftçi”nin Çempionlar Liqasındakı ilk oyunu bu tarixdə keçiriləcək 15 İyun 2021, 15:30 İlham Əliyev və Ərdoğan Şuşadadır - VİDEO-YENİLƏNİB 15 İyun 2021, 15:25 Sarkiasyan Paşinyanı TƏHQİR ETDİ: “Əlindən alıb başına çırpmalıyıq!” 15 İyun 2021, 15:20 Boksçularımız Avropa çempionatına yollandı 15 İyun 2021, 15:15 Avro-2020-nin bugünkü oyunlarını göstərəcək telekanallar 15 İyun 2021, 15:10 Bakıda daha bir yol təmir olunur - FOTO 15 İyun 2021, 15:05 Azərbaycan əhalisinin gəlirləri açıqlandı 15 İyun 2021, 15:00 Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən DANIŞDI 15 İyun 2021, 14:54 Gürcüstanda Hindistan ştammına 18 nəfər yoluxdu 15 İyun 2021, 14:48 İranda son sutkada COVID-19-dan 134 nəfər öldü 15 İyun 2021, 14:42 Teledərslərin sabaha olan cədvəli 15 İyun 2021, 14:36 UNEC-də Milli Qurtuluş Günü qeyd olunub 15 İyun 2021, 14:30 Putindən 120 min azərbaycanlını sevindərəcək QƏRAR 15 İyun 2021, 14:25 “Bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan” 15 İyun 2021, 14:20
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?