Arxiv
11 İyun 2021, 17:52 | ƏDƏBİYYAT
Kiprdə yaşayan azərbaycanlı alimin kitabı çıxdı

Nəşrdə Azərbaycan və Türkiyə türkcələrinin sintaksisinin müqayisəsi aparılıb

Kiprdə yaşayan azərbaycanlı gənc türkoloq-alim, jurnalist, Girne Amerikan Universitetinin təhsil fakültəsinin Türk dili kafedrasının müdiri Elza Alışova Dəmirdağın “Azerbaycan turkçesi söz dizimi” (Azərbaycan türkcəsinin sintaksisi) kitabı işıq üzü görüb.

Modern.az xəbər verir ki, Girne Amerikan Universitetinin dəstəyi ilə nəşr olunan kitabda Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsinin sintaksisinin müqayisəsi aparılıb.


7 ildir Şimali Kiprin Girne Amerikan Universitetində çalışan Elza Alışova Dəmirdağın sözlərinə görə, indiyədək Türkiyədə Azərbaycan dilinin qrammatikası ilə bağlı müxtəlif araşdırmalar aparılsa da, sintaksis sahəsinə geniş yer verilməyib. Bu kitab sintaksis sahəsinə aid ilk əhatəli nəşrdir:

“Kitabda Azərbaycan dilinin sintaksisini ətraflı araşdırmışam və Türkiyə türkcəsinin sintaksisi ilə müqayisəsini aparmışam. Müqayisə zamanı orijinal əsərlərdən seçdiyim nümunələrdən istifadə etmişəm. Bu üsulu seçməyimin səbəbi iki ləhcənin sintaksisindəki oxşar və fərqli cəhətləri üzə çıxarmaqdır. Həm Azərbaycan, həm də Türkiyə türkcəsinin sintaksisinə aid fərqli fikirləri kitaba daxil etmişəm”.

Müəllifin fikrincə, yeddi əsas fəsildən ibarət olan bu kitab Türkiyədə Azərbaycan türkcəsinin sintaksisi ilə bağlı araşdırma aparacaq tədqiqatçılara yol göstərəcək. Eyni zamanda, kitabdan geniş oxucu kütləsi yararlana biləcək. 

Qeyd edək ki, Elza Alışova Dəmirdağ 1998-2006-cı illərdə Azərbaycanda “Üç nöqtə”, “Mərkəz”, “Vətəndaş Həmrəyliyi”, “Xalq Cəbhəsi”, “Cümhüriyyət”, “Yeni Müsavat” və “Bakı-Xəbər” və digər qəzetlərdə işləyib. “Azərbaycan Naminə” İctimai Forum və “Yeni Siyasət” Secki Blokunun mətbuat xidmətinin rəhbəri, “Seçici Qadınlar Liqasının” sədri vəzifələrində çalışıb. 15 ilə yaxındır Şimali Kiprdə yaşayan filologiya üzrə fəlsəfə doktoru, gənc türkoloq-alim fəaliyyətini Girne Amerikan Universitetində davam etdirir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə millisinin baş məşqçisi müəyyənləşdi 19 Sentyabr 2021, 17:46 Məşhur futbolçu öldü 19 Sentyabr 2021, 17:39 Lənkəranda piyadalara yol verməyən sürücülər cərimələndi 19 Sentyabr 2021, 17:24 Yaponiya silkələndi 19 Sentyabr 2021, 17:02 Ötən gün peyvənd olunanların sayı - STATİSTİKA 19 Sentyabr 2021, 16:50 Azərbaycanda yoluxanların sayı açıqlandı 19 Sentyabr 2021, 16:38 Somalidə hava limanı partladıldı 19 Sentyabr 2021, 16:25 Şəhid övladı Şuşada ad gününü qeyd etdi 19 Sentyabr 2021, 16:11 ABŞ-da qızılın qiyməti rekord vurdu 19 Sentyabr 2021, 16:01 İrandan Zəngəzurda həbs olunan sürücülərlə bağlı AÇIQLAMA 19 Sentyabr 2021, 15:49 Türk ordusu daha 10 terrorçunu məhv etdi 19 Sentyabr 2021, 15:39 Baydendən Makrona söhbət təklifi 19 Sentyabr 2021, 15:26 Rusiyada parlament seçkilərinin seçici statistikası 19 Sentyabr 2021, 15:15 Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı 19 Sentyabr 2021, 15:07 Tennisçimiz beynəlxalq turnirin qalibi oldu 19 Sentyabr 2021, 14:51 Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "...Çətinlik aradan qalxacaq" 19 Sentyabr 2021, 14:38 Ərdoğan Paşinyanın görüş istəyinə belə CAVAB VERDİ 19 Sentyabr 2021, 14:24 Misirdə fironlara aid ayin alətləri tapıldı 19 Sentyabr 2021, 14:21 Deputatdan işğaldan azad olunmuş ərazilərdə abidə TƏKLİFİ 19 Sentyabr 2021, 13:59 Çempionlar Liqasında yer almayan ən bahalı futbolçular - SİYAHI 19 Sentyabr 2021, 13:45 ABŞ-ın baş infeksionisti pandemiyanın bitəcəyi tarixdən danışdı 19 Sentyabr 2021, 13:34 Berlində Almaniya azərbaycanlıları ilə görüş olub 19 Sentyabr 2021, 13:25 Qanunsuz sərnişin daşıyanlar cərimələndi - FOTOLAR 19 Sentyabr 2021, 13:25 Samux sakini yıxılaraq öldü 19 Sentyabr 2021, 13:15 Gorus-Qafan yolunda iki erməni İTİB 19 Sentyabr 2021, 13:12 Deputat şəhid ailələrini ziyarət etdi - FOTOLAR 19 Sentyabr 2021, 13:05 “Mossad” iranlı nüvə alimini robot-pulemyotla güllələyib 19 Sentyabr 2021, 12:59 Koronavirusa yoluxan cərrah reanimasiyaya yerləşdirildi 19 Sentyabr 2021, 12:51 Hindistanda koronavirusdan ölüm sayı yarım milyona çatdı 19 Sentyabr 2021, 12:49 Qaradağda gənc oğlan bıçaqlandı 19 Sentyabr 2021, 12:37 Paşinyanı ələ saldılar: “Ermənistanın selfi çempionu”... 19 Sentyabr 2021, 12:35 ABŞ dünya ölkələrinə 500 milyon doz "Pfizer" paylayacaq 19 Sentyabr 2021, 12:28 Tehran: "Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən üstündür" 19 Sentyabr 2021, 12:20 Sabahın havası: bir külək əsəcək ki... 19 Sentyabr 2021, 12:12 Cəlilabadda qədim məzarlıq aşkarlandı 19 Sentyabr 2021, 12:08
SORĞU Hansı vaksinə etibar edirsiniz?