Modern.az

Danimarkalı futbolçunun ürəyi dayandı - oyun təxirə salındı

Danimarkalı futbolçunun ürəyi dayandı - oyun təxirə salındı

Aktual

12 İyun 2021, 20:56

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçında xoşagəlməz hadisə baş verib.

 

Modern.az xəbər verir ki, ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb.

 

Hazırda görüş dayandırılıb və meydanın içərisində yarımmüdafiəçinin müalicəsi davam etdirilir.

 

Qarşılaşmada hesab açılmayıb.

 

***

Son məlumata görə, yarımmüdafiəçiyə təcili tibbi yardım zəruri hesab edilən 3 dəqiqə ərzində edildiyindən təhlükəni arxada qoyub.

 

Bir müddət meydanın içində müalicəsi davam etdirilən Eriksen daha sonra xəstəxanaya aparılıb.

 

Kristian meydandan çıxarılarkən artıq öz huşunda olub. Gözlərini açan yarımmüdafiəçi əlini alnına qoyub.

 

İlkin ehtimallara görə, oyun zamanı yarımmüdafiəçinin ürəyi dayanıb.

 

Qeyd edək ki, baş verənlərlə bağlı Danimarka - Finlandiya matçı ertələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi