Modern.az

Qaribaşvili: "Azərbaycan və Ermənistan arasındakı vasitəçilik rolunu üzərimizə götürdük"

Qaribaşvili:

Dünya

13 İyun 2021, 14:22

“Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu öz üzərinə götürdü”.

 

Modern.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri baş nazir İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

 

O, iki qonşu ölkə arasında əldə olunan razılaşmanın bölgə üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

 

“Hər iki ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm. Biz bu prosesdə çox fəal rol oynadıq. Mən şəxsən 24 saat ərzində prosesə cəlb olunmuşdum, hər iki ölkənin liderləri ilə telefonla danışırdım. Bundan öncə isə görüşlər keçirilmişdi. Biz strateji tərəfdaşımız ABŞ-la sıx əməkdaşlıq etdik. Bu iş konkret nəticə ilə yekunlaşdı. Gürcüstanın bu prosesdə yenidən vasitəçi rolunu oynamağa hazırlığını bir daha bəyan edirik. Azərbaycan və Ermənistanın rəhbərliyinə tam hazırlığımızı ifadə etmişəm. Çox ümid edirəm ki, bu proses davam edəcək, bölgədə sülh və sabitliyin bərqərərar olması ilə nəticələnəcək. Bizim ümumi məqsədimiz bölgədə əmin-amanlığa nail olmaq idi və bu da çox əhəmiyyətli və uzunmüddətli layihələr üçün zəmin olacaq”, - deyə İ. Qaribaşvili bildirib.

 

Qeyd edək ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü