Modern.az

SSRİ bərpa olunur? - BİZİMKİLƏRİN BAXIŞI: \"İcazə verməzlər\"

SSRİ bərpa olunur? - BİZİMKİLƏRİN BAXIŞI: \

13 İyun 2021, 17:48

Rusiya prezidenti Vladimir Putin zaman-zaman keçmiş Sovet İttifaqının süqutu barədə təəssüf və niskil dolu açıqlamalar verir.


Hələ 2010-2011-ci illərdə Putin baş nazir statusunda olarkən SSRİ ilə bağlı açıqlamalar vermişdi.

 

Kommunist Partiyasının sədri Rauf Qurbanov Modern.az-a danışarkən bildirib ki, SSRİ adlı coğrafi bir məkan artıq tarixin arxivinə gömülüb:

 

“Mən sizin sualınızı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin məhşur bir kəlamı ilə cavablandırmaq istəyirəm. “ SSRİ-nin dağılmasından heyfislənməyənlərin ürəyi, onun yenidən bərba olunmasını düşünənlərin isə ağılları yoxdur”.

 

Hesab edirəm ki, bu cavab sizin verdiyiniz sualın tam məğzini özündə əks etdirir. SSRİ adlı coğrafi bir  məkan artıq tarixin arxivinə gömülüb. O quruma daxil olan keçmiş müttəfiq respublikalar- indiki müstəqil dövlətlərin heç biri, o cümlədən Azərbaycan yenidən helə bir İttifaqın yaradılmasını istəməzlər. Və  məsələyə bu günün reallığından yanaşsaq, onda hər birimiz üçün tam aydın olarki, SSRİ adlı coğrafi bir məkanın yenidən  bərpası mümkünsüzdür.Lakin, keçmiş post-sovet məkanına daxil olan respublikaların  Avropa İttifaqına bənzər bir iqtisadi-siyasi təşkilatda bir araya gəlmələri,mümkündür. Əgər belə bir qurum yaranarsa,  hesab edirəm ki, müstəqil dövlətlər arasında iqtisadi, mədəni, dostluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi bu quruma daxil olacaq dövlətlərin və xalqların mənafelərinə xidmət etmiş olar”.

 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının sözlərinə görə isə, indiki dövrdə tarixin ortaya qoyduğu reallıqlar tamam fərqlidir:

 

“Bir qayda olaraq tarixin təkəri heç vaxt geriyə doğru inkişaf etmiyib, hər zaman iləriyə doğru işləyib.Ona görə də dediyiniz kimi onu bərpa etmək mümkün deyil.Tarixin keçmişidir ona qayıtmaq üçün nə müxtəlif cəhdlər edilsədə bunun reallaşması mümkün deyil.Tarixin özünün obyektiv inkişaf qanunauyğunluqları var.Bu qanunauyğunluqların mühim şərtlərindən biridə imperiyalar ayrı-ayrı situasiyalarda yaranmasıdır. O yarandığı gündən məhvə doğru addım-addım gedir və konkret tarixi situasiyada həmin imperiya çökür və həmin imperiyanın tərkibində yeni dövlətlər yaranır. İndi artıq XX əsrin axrından bu proses gedir, daha doğrusu başlayıb və davam edir. SSR-nin bərpası ya Rusiyanın ətrafında digər müstəqil dövlətlərin imperiya şəklində birləşməsi Rusiyanın tərkibinə daxil edilməsi mümkünsüzdür.İndi dünyanın tarixi ortaya qoyduğu reallıqlar tamam fərqlidir”.

 

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının fikrincə, SSRİ-nin bərpası ancaq xəyaldır:

 

“Dünya o zamanki dünya deyil. İndiki dünya düzənində SSRİ-nin bərpasını xəyal olaraq görünür.

 

Hesab edirəm ki, SSRİ-nin dağılması üçün əziyyət çəkən dünya dövlətləri yenidən Rusiyanın bərpa etməsinə icazə verməzlər.

 

Əminəm ki, Azərbaycan xalqının əksəriyyəti hər hansı bir dövlətlə birləşib, bir ittifaqda olmaq istəməzlər. Tək Azərbaycanın normal inkişafı üçün hər cür şəraiti var. Azərbaycan daima müstəqil bir ölkə olacaq. SSRİ-nin bərpası ancaq xəyallarda, xülyalarda qalacaq”.

 

Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...