Modern.az

Ərdoğan Gürcüstana "Zəngəzur dəhlizinə qoşul" mesajını verdi

Ərdoğan Gürcüstana

Aktual

16 İyun 2021, 17:21

Zəngəzur dəhlizində iştiraka görə Gürcüstan narahatlıq keçirir. Gürcüstanı dəhlizdə iştiraka təşviq üçün Azərbaycanla yanaşı Türkiyə də inandırıcı arqumentlərini dilə gətirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin iclasında deyib ki, Gürcüstanın baş naziri Ankarada səfərdə olarkən mövzu ilə bağlı müzakirələr aparıblar.

Ərdoğan qeyd edib ki, baş nazirə Gürcüstanın yeni nəqliyyat dəhlizindən fayda götürəcəyini deyib.

Bəs Gürcüstan niyə narahatdır?

Böyük ehtimal ki, Tbilisi iqtisadi fayda götürəcəyinə şübhə edir, risk faktorunu göz önünə gətirir.

Tbilisi dəhlizə qoşulacağı təqdirdə əlindəki iqtisadi imkanların bir hissəsini qurban vərəcəyini və dəhlizin əleyhinə yönələcəyini düşünür.

Lakin bu dəhliz hər hansı dövlətə qarşı yönəlməyib, əksinə region ölkələri arasında iqtisadi əlaqələrin güclənməsinə hesablanıb.

Tbilisinin iştirakı ona əlavə imkanlar qazandıra bilər.

Rusiya ilə dəmir yolu ilə quru əlaqəsinin yaranmasına gətirib çıxarar. Ərdoğan da bunu qeyd etdi.

Hərçənd görünən odur ki, Tbilisi buna ümid bəsləmir və tərəflərin arqumentləri ona inandırıcı gəlmir.

Türkiyənin dövriyyəyə girməsi isə Gürcüstanın iştirakını şərtləndirəcək və gələcəkdə Tbilisi bu barədə qərarını elan edəcək.

Ərdoğanın Azərbaycan parlamentindəki Tbilisiyə istiqamətlənən çıxışı təkliflə yanaşı, həm də Gürcüstana mesaj xarakteri daşıyır.


Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır