Arxiv
18 İyun 2021, 11:39 | HADİSƏ
Suriyada döyüşən azərbaycanlı saxlanıldı - VİDEO

Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub.


Modern.az
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, DTX tərəfindən xarici ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.


DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılmış və ölkəmizə gətirilib.

Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan Respublikası vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.

Həmçinin müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.

 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadə zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.


Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncə Dövlət Universitetin məzunu MİQ imtahanında 1-ci oldu   28 İyul 2021, 15:25 Prezidentdən Kəlbəcər və Laçınla bağlı sərəncam - 10 milyon ayrıldı 28 İyul 2021, 15:23 Nazir Ermənistanı təxribatlardan əl çəkməyə çağırdı 28 İyul 2021, 15:22 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR 28 İyul 2021, 15:05 Bədii tərcümənin cahangiri - Vladimir Qafarov 28 İyul 2021, 15:00 Azərbaycanda yaşayan əcnəbilər bu ölkələrdən gəlib 28 İyul 2021, 14:48 Şəmkirdə 15 yaşlı oğlan itkin düşüb 28 İyul 2021, 14:44 “Bu kitabı oxuyandan sonra Azərbaycana marağım artdı” - Səfirlə SÖHBƏT 28 İyul 2021, 14:38 SOCAR-ın idarə rəisi işdən çıxarıldı 28 İyul 2021, 14:34 Ölkəmizə gələn əcnəbilərin sayı azalıb 28 İyul 2021, 14:30 Atışmada yaralanan erməni hərbçilərin sayı 5-ə ÇATDI 28 İyul 2021, 14:25 3 saylı "ASAN kommunal" mərkəzinin açılışı oldu 28 İyul 2021, 14:20 Bakıda iki uşaq anası “patı”dan öldü 28 İyul 2021, 14:15 Sosial şəbəkələrdə narkotiki təbliğ edən “TikTok”erlər TUTULDU 28 İyul 2021, 14:10 Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmadı 28 İyul 2021, 13:54 Qonşu ölkədə daha 303 nəfər virusdan öldü 28 İyul 2021, 13:50 Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş 28 İyul 2021, 13:44 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16