Arxiv
19 İyun 2021, 20:07 | ÖLKƏ
Rəsmi Bakıdan Ermənistana CAVAB

"Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir. Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var".

 

Modern.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.

 

"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

 

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

 

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

 

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

 

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir", - deyə Azərbaycan XİN-dən bildirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə sahillərində zəlzələ olub 4 Avqust 2021, 00:44 Çavuşoğlu: "Azərbaycan ehtiyacımız olan həm qrup, həm də texnika göndərdi" 4 Avqust 2021, 00:38 Müdafiə nazirinin evinə hücum: 6 nəfər yaralandı 4 Avqust 2021, 00:15 Fars körfəzində insident: tanker ələ keçirildi 3 Avqust 2021, 23:54 Rusiyalı sərhədçilər Zəngəzura yerləşdirilib 3 Avqust 2021, 23:40 “Neftçi” Avroliqada ilk matçını qazana bilmədi 3 Avqust 2021, 23:06 FHN-in qrupu Denizlidə yanğınları söndürür 3 Avqust 2021, 22:41 Nazirlik rəsmisi yanğınla bağlı çağırış etdi 3 Avqust 2021, 22:15 Pentaqonda atışma: 1 nəfər öldü 3 Avqust 2021, 22:03 Gəncədə avtomobil yolun kənarında dayanan piyadaları vurdu 3 Avqust 2021, 21:42 Diaspor nümayəndələri qaziləri ziyarət edib - FOTO 3 Avqust 2021, 21:25 Ən populyar smartfon istehsalçıları məlum oldu 3 Avqust 2021, 21:01 FHN-nin qüvvələri Türkiyədə yanğınlarla mübarizə aparır - FOTOLAR 3 Avqust 2021, 20:37 Peyvənd olunanların sayı açıqlandı 3 Avqust 2021, 20:28 Azərbaycanda sutkalıq yoluxma minə YAXINLAŞIR 3 Avqust 2021, 20:19 Daha 3 hərbçinin qalıqları Ermənistana TƏHVİL VERİLDİ 3 Avqust 2021, 20:15 İranın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gəldi 3 Avqust 2021, 19:57 Türkiyədə 8 yanğın ocağı qalıb 3 Avqust 2021, 19:36 32 naməlum şəhid məzarının açılmasına qərar verildi - RƏSMİ 3 Avqust 2021, 19:11 Eldəniz Səlimov həbs olundu - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 19:02 DİN-dən öldürülən qadınla bağlı iddialara cavab 3 Avqust 2021, 18:53 Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10