Modern.az

Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı

Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı

19 İyun 2021, 20:58

Ermənistanda deputatlığa namizəd Q.S. həbs edilib.

 

Modern.az erməni KİV-nə isitnadla xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi istintaq Xidmətinin məlumatında deyilir. Həbs edilən Q.S. seçicilərə rüşvət verməkdə ittiham olunur. Onunla yanaşı, X.M. və K.K. adlı polis əməkdaşları da saxlanılıb.

 

Qeyd edək ki, “Şərəfim var” blokunun üzvü Arsen Babayan “Facebook” səhifəsində həbs edilən namizədin Qor Sedrakyan olduğunu yazıb.

 

Xatırladaq ki, "Şərəfim var" blokunun rəhbəri Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyandır. Bu bloka eks-prezident Serj Sarqsyan dəstək verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu