Modern.az

Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

20 İyun 2021, 14:48

Polşa xarici işlər naziri Zbigniev Rau, Türkiyənin Bayraktar TB2 pilotsuz təyyarəsinin Polşa ordusunun potensialını artıracağını və NATO-nun şərq sərhədlərini gücləndirəcəyini söyləyib.

 

Modern.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, nazir bunu Antalya Diplomatiya Forumunda bildirib.

 

Xatırladaq ki, may ayında Polşanın müdafiə naziri Mariusz Blaszczak, ölkəsinin Türkiyədən 24 pilotsuz təyyarə aldığını açıqlayıb.

 

Rau eyni zamanda bildirib ki, həm Türkiyə, həm də Polşa sərhədlərində təhlükəsizlik təhdidləri ilə qarşılaşırlar.

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!