Modern.az

Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR

Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR

Aktual

24 İyun 2021, 14:54

Deputat Novruz Aslanov hər il olduğu kimi bu il də yay aylarında İsmayıllı rayonunun kəndlərində, eyni zamanda ucqar dağ kəndlərində də seçicilərin səyyar qəbulunu keçirir.

 

Modern.az xəbər verir ki, iyunun 24-də deputat İsmayıllı rayonunun Sumağallı, Qalacıq və İstisu kəndlərində növbəti belə qəbulunu keçirib. Seçicilər deputata onlarla görüşə gəldiyi üçün təşəkkürlərini bildiriblər. Qəbullar epidemioloji qaydalara uyğun olaraq keçirilib. Qəbulda iştirak edən sakinlər əsasən sosial yönümlü məsələlərlə deputata müraciət ediblər. Həmçinin, şəxsi məişət problemləri ilə də bağlı deputata müraciətlər edilib.

Bir neçə məsələ yerindəcə həll edilib, əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə müraciətlərin ediləcəyi bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü