Modern.az

31 yaşlı kişi itkin düşüb

31 yaşlı kişi itkin düşüb

Aktual

24 İyun 2021, 16:20

Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Babayev Nail Tacik oğlu bu ilin mart ayında qonaq gəldiyi Qax rayonu Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb və daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxsin əlamətləri-boyu 164 sm, arıq bədən quruluşludur.  Evdən çıxan zaman əynində tünd göy rəngli gödəkçə,  qara köynək, şalvar və ayaqqabı olub. 

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)-255-23-52 şəhər və 050-224-64-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü