Modern.az

Azərbaycanda Universitet müəllimi vəfat edib

Azərbaycanda Universitet müəllimi vəfat edib

Allah rəhmət eləsi̇n

25 İyun 2021, 15:00

Lənkəran Dövlət Universiteti kollektivinə ağır itki üz verib. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, filologiya elmləri namizədi, dosent Mirhüseyn Abbas vəfat edib.

Mirhüseyn Sürət oğlu Abbas 1949-cu ildə Lənkəran rayonunun Siyavar kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1973-1985-ci illərdə Lənkəran rayonunun Mamusta kənd orta məktəbində müəllim, 1991-ci ildən 1996-cı ilə qədər Siyavar kənd orta məktəbində direktor vəzifəsində işləyib.
1996-cı ildən Lənkəran Dövlət Universitetində çalışır.

2000-ci ildə "İslam Səfərlinin yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Həmçinin “dosent” elmi adına layiq görülüb. Humanitar və pedaqoji elmlər fakültəsinin və "İxtisasartırma və kadrların yenidən hazırlanması" fakültəsinin dekanı vəzifəsində çalışıb. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. “Sabaha soraqlayan məktəb”(2000), “İslam Səfərlinin yaradıcılığı”(2000), Soyuq ömrün nəşəsi”(2002), “Ürəyin kölgəsi”(2007), “Qırılan ömürlər”(2013), “Siyavar”(2015), “Əzizənin səhvi”(2018), “Azərbaycan ədəbiyyatı tarixi”(Mühacirət ədəbiyyatı kontekstində)(2018) kitablarının müəllifidir.
1 monoqrafiya, 1 dərs vəsaiti, 6 fənn proqramı, 3 metodik göstəriş, 50-ə yaxın elmi məqalənin müəllifidir.

Allah rəhmət eləsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü