Modern.az

\"Mina xəritələrini şəxsən Azərbaycan tərəfinə verdim\" - Rüstəm Muradovdan açıqlama

\

3 İyul 2021, 23:54

"Rusiya tərəfi gələcəkdə silahlı qarşıdurmanın dayandırılmasına dair üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsini təmin etmək üçün çalışmağa davam edəcəkdir"

 

Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov bir qrup erməni hərbçinin olduğu təyyarənin İrəvana enməsindən sonra mətbuata açıqlamasında bildirib.

  
"Üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsini təmin etmək üçün bu gün şəxsən Bakıda Dağlıq Qarabağdakı silahlı qarşıdurma zamanı erməni birləşmələri tərəfindən yaradılan iki bölgədəki minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təhvil verdim. Öz növbəsində, Azərbaycan Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə İrəvana təhvil verilən on beş erməni hərbçisini sərbəst buraxdı", - general Muradov deyib.

 

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

 

Turan ASLAN

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir