Modern.az

Ramiz Abutalıbov: “Diaspora aktiv olduğuna görə təşəkkür etmək lazımdır”

Ramiz Abutalıbov: “Diaspora aktiv olduğuna görə təşəkkür etmək lazımdır”

Diaspor

5 İyul 2021, 17:25

Hazırda diaspor anlayışı beynəlxalq aləmdə vacib elementə çevrilib. Bu gün ölkəmizin xarici ölkələrdə təmsil olunmasında diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.

 

Xaricdəki həmvətənlərimizin təşkilatlanmasıyla məşğul olan Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi iyulun 5-də 19 yaşını qeyd edir.

 

Tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbov Modern.az-a Azərbaycan diasporunun son dövrlərdəki aktivliyinindən danışıb:

 

“Keçmişdə Azərbaycan diasporu belə deyildi. İndi daha aktiv olub. Xaricdəki soydaşlarımıza aktiv olduqlarına görə təşəkkür etmək lazımdır. Mən özüm də Moskva saytında məqalə yazdım. Moskvadakı nümayəndəmiz Kamran Rüstəmov da çox aktivdir. Son illər diasporumuz xarici mediada xeyli məqalə dərc etdirməyə nail olub”.

 

Diplomantın sözlərinə görə, erməni diasporunu ötüb keçmək vaxt tələb edəcək:

 

“Erməni diasporunu ötüb keçmək vaxt tələb edəcək. Çünki erməni diasporu 100 ildən çoxdur ki, formalaşıb. Bütün ölkələrdə də nümayəndələri var. Bizim diasporumuz isə keçən əsrin 90-cı illərində formalaşmağa başladı. Müqayisə etmək bir qədər çətindir. Yəhudi, erməni diasporu çox qədimdir. Əlbəttə ki onlar daha güclü və təcrübəlidirlər. Bizimkilər də zəif deyil. Yavaş-yavaş sürəti artırırlar. Mənə elə gəlir ki, yaxın zamanda bizimkilər də çox fəal olacaqlar”. 



Nəzrin Vahid

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir