Arxiv
12 İyul 2021, 09:24 | QARABAĞ
Şəhid polkovnik-leytenant Raquf Orucovun GÜNÜDÜR

12 iyul tarixi Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, birinci Qarabağ müharibəsinin qazisi, 20106-cı ildə baş verən Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi.

 

1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub.

 

Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb.

 

1993-cü ilin 12 iyununda rus-erməni ordusu Qarabağın əksəır yaşayış məntəqələri kimi Ağdam rayonunun Cinli kəndini işğal etdi. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid oldu.

 

Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verdi, amma məktəbə qəbul ola bilmədi. Buna baxmayaraq o, ruhdan düşmədi və ertəsi il həmin məktəbə qəbul olundu.

 

Anasının qisasını ermənilərdən alacağı ümidilə də onun şərəfli hərbçi həyatı başladı.

 

Ali Hərbi Məktəbi bitirən Raquf Orucov Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da, gənc zabit ön cəbhədə xidmətə üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağda alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.

 

Polkovnik-leytenant Raquf Orucovun sonuncu döyüşü 2016-cı il aprel ayının əvvəlində olub. Düşmənlə qəhrımancasına vuruşan Raquf Orucov şəhid olub.

 

2016-cı il aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıt şəhərində keçirilən dəfn mərasiminə minlərlə insan iştirak edib.

 

O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

 

Allah rəhmət eləsin…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50 Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - FOTO 21 Oktyabr 2021, 16:46 Son sutkada peyvənd OLUNANLAR 21 Oktyabr 2021, 16:40 Yoluxma azaldı, ölü sayı çoxaldı - Bu günün statistikası 21 Oktyabr 2021, 16:36 Azərbaycan və Qazaxıstan arasında MEMORANDUM 21 Oktyabr 2021, 16:30 Naməlum virus DƏHŞƏTİ: 165 uşaq öldü 21 Oktyabr 2021, 16:24 Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ! 21 Oktyabr 2021, 16:19 Pambıqçılıqla bağlı yeni LAYİHƏ 21 Oktyabr 2021, 16:14 Metro gücləndirilmiş rejimə keçir 21 Oktyabr 2021, 16:08