Modern.az

Heydər Əliyevi hakimiyyətə çağıran “91-lər”: məşhur müraciətdən 20 il keçir - SİYAHI

Heydər Əliyevi hakimiyyətə çağıran  “91-lər”: məşhur müraciətdən 20 il keçir - SİYAHI

Ölkə

16 Oktyabr 2012, 11:04


Bu gün məşhur “91-lər”in (91 tanınmış ziyalı) mərhum dövlət başçısı Heydər Əliyevə müraciət etdiyi tarixin 20 ili tamam olur. 1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının müraciəti zaman-zaman müzakirə mövzusu olub. Onlar vaxtilə Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuşdular.

Mərhum eks-prezident Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında “91-lər” barədə belə demişdi:

“91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm”. 

Heydər Əliyevin vəfatından sonra YAP-da «91-lər»ə münasibət birmənalı olmadı, dəyişdi. Onların bəziləri vəzifədən, tutduqları postdan uzaqlaşdırldı.  “91-lər” bir qismi dünyasını dəyişib. Hazırda vəzifədə olan “91-lər” də var.

Kim idi “91-lər”? Modern.az bir daha onların siyahısını yada salır...

1. Ziya Bünyadov.
2. Fərəməz Maqsudov.
3. Ömər Eldarov.
4. İqrar Əliyev.
5. Kərim Kərimov.
6. Məmmədtağı Cəfərov.
7. Sabir Hacıyev.
8. Xəlil Rza Ulutürk.
9. Sirus Təbrizli.
10. Zeynəb Xanlarova.
11. Əli Ömərov.
12. Eldar İbrahimov.
13. Mixail Zabelin.
14. Əlfəddin Abdullayev.
15. Murtuz Ələsgərov.
16. Əkbər Bayramov.
17. Zahid Qaralov.
18. Həsən Quliyev.
19. Adil Qasımov.
20. Əjdər İsmayılov.
21. Fikrət İsmayılov.
22. Şahlar Əsgərov.
23. Mübariz Əhmədov.
24. Əli Nuriyev.
25. Ədalət Fərəcov.
26. Həsən Mirzəyev.
27. Zahid Xəlilov.
28. Vilayət Əliyev.
29. Abbas Səmədov.
30. Ağababa Mahmudov.
31. Şəmistan Mikayılov.
32. Səfiyar Musayev.
33. Əsədulla Qurbanov.
34. Musa İlyasov.
35. Tələt Qayıbov.
36. Məmməd Məmmədov.
37. Rafiq Əminzadə.
38. Lalə-Şövkət Hacıyeva.
39. Eldar Abbasov.
40. Əli İnsanov.
41. Fuad İsmayılov.
42. Əlişir Musayev.
43. Hüsü Kərimov.
44. Rafiq Məmmədhəsənov.
45. Məmməd Nəsirov.
46. İbrahim İsayev.
47. Faiq Səfərov.
48. Sudeyf İmamverdiyev.
49. Liliya Luqovaya.
50. Hacıbala Abutalıbov.
51. Novruz Quliyev.
52. Əmir Mərdanov.
53. Sabir Xəlilov.
54. Pənah Mahmudov.
55. İsgəndər Quliyev.
56. Zakir Sərdarov.
57. Əli Əhmədov.
58. Əli Nağıyev.
59. Maqsud Nəcəfov.
60. Heydər Hüseynov.
61. Nəbi Əsgərov.
62. Allahverdi Hacıyev.
63. Tofiq Hüseynov.
64. Məmməd Məmmədov.
65. Musa Heydərov.
66. Hacı Hacıyev.
67. Nəzir Əhmədov.
68. Allahyar Hüseynov.
69. İbrahim Əzizov.
70. Aydın Əhmədzadə.
71. Vidadi Acalov.
72. Səbir Dünyamalıyeva.
73. Georqi Savoskin.
74. Lüdviq Muradov.
75. Rəfael Allahverdiyev.
76. Asif Cahangirov.
77. Rafiq Qasımov.
78. Kərim Kərimov.
79. Munis Bayramov.
80. Möhsün Möhsünov.
81. Ağabəy Əsgərov.
82. Vüqar Rəhimzadə.
83. Rizvan Cəbiyev.
84. Ariz Abduləliyev.
85. Əziz Axundov.
86. Mirzə Əsgərov.
87. Xeyrəddin Qoca.
88. Səlahəddin Quliyev.
89. Ziya Paşa.
90. Vüqar İsmayılov.
91. Tahir Məmmədov.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?